Icma.az
close
up
RU
London Aİ yolunda?

London Aİ yolunda?

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sorğular “Brexit”in uğursuz olduğunu göstərir

“Köhnə qitə”nin iqtisadi-siyasi birliyi kimi xarakterizə olunan Avropa İttifaqı yarandığı 35 ilə yaxın dövr ərzində mühüm dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərin ən yadda qalanlarından biri Böyük Britaniyanın Aİ-dən çıxmasıdır. Bir neçə il öncə rəsmi London Böyük Britaniyada keçirilmiş referendumun nəticələrini əsas gətirərək Aİ-ni tərk etdi. Həmin zaman Britaniya ictimaiyyətində “Brexit”ə münasibət müsbət idisə, hazırkproseslər fonunda bu münasibətin dəyişdiyini müşahidə etmək olar. Belə ki, “YouGov” şirkətinin bu yaxınlarda keçirdiyi sorğuya görə, britaniyalıların əksəriyyəti bu qərardan peşmanlıq keçirir və ölkənin yenidən Aİ-yə qoşulmasını istəyir. “Independent”in məsələ ilə bağlı məlumatında qeyd olunur ki, sorğu iştirakçılarının 56 faizi Böyük Britaniyanın Aİ-yə qayıtmasının tərəfdarıdır. Respondentlərin 61 faizi isə “Brexit”in uğursuzluq olduğunu düşünür. Onların böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Consonu və Mühafizəkarlar Partiyasını ittiham edir.

Ötən ay isə Böyük Britaniya və Avropa İttifaqı Londonda “Brexit”dən sonrakı ilk rəsmi sammit çərçivəsində bir araya gəlmişdilər. Baş nazir Kir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak etdiyi görüş Aİ ilə Britaniya arasında əlaqələrin yenidən qurulması üçün əhəmiyyətli mərhələ hesab olunurdu. Sammitin məqsədi iki tərəf arasında münasibətləri dərinləşdirmək və yeni razılaşmalar imzalamaq idi. Razılaşmaların “Brexit”dən sonra artan bürokratik çətinliklər və xərclər səbəbindən zəifləyən ticarət əlaqələrinin canlandırılmasına və Britaniya iqtisadiyyatının gücləndirilməsinə töhfə verəcəyi düşünülür.

Qeyd edək ki, son vaxtlarda tərəflər arasında danışıqların əsas məzmunu müdafiə, ticarət, balıqçılıq və Aİ ölkələrinin gəncləri üçün hərəkətliliyi asanlaşdıracaq mümkün proqramlardır. 

Britaniyalılar təəssüflənir...

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, “Brexit” Böyük Britaniyanın iqtisadiyyatına kifayət qədər ziyan vurub.  “Avropa İttifaqı Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşı idi. “Brexit”dən sonra Londonun Aİ və ittifaqın üzv ölkələri ilə ticarət dövriyyəsi mənfiyə doğru getməyə başladı. Demək olar ki, Böyük Britaniya Avropa İttifaqını tərk etməklə Aİ-nin vahid bazarından və vahid gömrük sistemindən ayrılmış oldu. Nəticə etibarAİ ilə Böyük Britaniya arasında gömrük nəzarət mexanizmləri tətbiq olunmağa başlandı. Belə bir halda Aİ-dən Britaniyaya, eləcə də Britaniyadan Avropaya ixracın miqdarı azaldı. Qeyd edim ki, ötən il Böyük Britaniyanın Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracatında 21 faiz azalma baş verdi. Bu, çox mənfi göstəricidir. Eyni zamanda Avropadan gətirilən məhsullara yüksək gömrük rüsumunun  tətbiq olunması ölkədə inflyasiyanın səviyyəsinin kəskin şəkildə artmasına yol açdı. Bundan başqa ölkəyə əvvəki kimi investisiyalar yatırılmır,” - deyə S.Zahidov bildirib. Qeyd edib ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsinin səbəblərindən biri Brüsselin miqrasiya siyasətinə kəskin münasibəti idi: “Böyük Britaniya Aİ-nin miqrasiya siyasətinə qarşı idi. Bununla heç cür razılaşmaq istəmirdi. “Brexit” Britaniyada işçi məsələləsində də öz mənfi təsirlərini göstərib. Sahibkarlar bundan əziyyət çəkirlər”. Ekspert vurğulayıb ki, bütün bunlar Britaniya ictimaiyyətində “Brexit”ə münasibəti dəyişdi: “Sadaladığım bu amillər britaniyaların “Brexit”ə skeptik yanaşmasına gətirib çıxardı. Bu gün Böyük Britaniyada əhalinin beşdən üçü “Brexit”in səhv qərar olduğunu hesab edir”.

Qayıdış mümkündürmü?

“Hazırda Böyük Britaniyanın rəhbərliyində olanlar - Leyboristlər və aş nazir Keir Starmer ölkəni Aİ-yə qaytarmaqda maraqlı deyil. Hesab edirəm ki, onlar bunu heç vaxt gündəmə gətirməyəcəklər. Amma Starmer və onun komandası Avropa İttifaqı ilə Böyük Britaniya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır. Artıq Leyboristlər bu istiqamətdə ciddi addımlar atıblar. Qeyd edim ki, mayın 19-da Londonda baş tutan Böyük Britaniya-Aİ sammitində hər iki tərəf arasında diplomatik-siyasi, iqtisadi-ticari, müdafiə-təhlükəsizlik, miqrasiya və enerji sahələrində əməkdaşlığa dair razılaşmalar imzalandı. Böyük Britaniyanın hazırk rəhbərliyi Aİ ilə əməkdaşlığın genişləndirilməsi xəttini tutub,” - deyə S.Zahidov vurğulayıb.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyun 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri