London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.
"Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər. /Report/
Bu mövzuda digər xəbərlər:Ştaynmayer Bakı və İrəvanı sülh sazişini tezliklə imzalamağa çağırıb
02 Aprel 2025 12:19
Avropa İttifaqı Bakı və İrəvanı sülh sazişini mümkün qədər tez imzalamağa çağırdı
12 İyul 2025 08:41
Martirosyan: Bakı İrəvanı təkləyir
29 Noyabr 2024 11:34
Tehran İrəvan və Bakını sülh sazişini imzalamağa çağırır
25 Mart 2025 16:51
Avstraliya Bakı və İrəvanı sülh sazişini tezləşdirməyə ÇAĞIRDI
12 Avqust 2025 11:12
Baxış sayı:94
Bu xəbər 18 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















