Icma.az
close
up
RU
London “Qızıl İstedad 2025” in qalibi şəkili qız olub

London “Qızıl İstedad 2025” in qalibi şəkili qız olub

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

London- “Qızıl İstedad 2025”-in qalibi şəkili qız olub

Dünən- yəni 8 iyun 2025-ci il tarixində gecədən xeyli keçmiş dumanların sevgilisi Londonda tarixi bir hadisə baş verdi. O hadisə Azərbaycan üçün çox böyük önəm kəsb edir desək, bizi qınamağa kimsə cəsarət etməz. Dünənə kimi bu müsabiqə bizim ölkəmiz üçün bəlkə də əlçatmaz görünüb, bu barədə fikir bildirmək istəməsəm də, amma görünən odur ki, müstəqil Azərbaycan Respublikasının tarixində bu bir ilk idi ki, ona da imza atdıq. İlkdirsə, deməli bizim ora əlimiz çatmırdı. Çatmırdı deyəndə ki, elə bir istedad sahibi olan insanımız yox idi. Bəlkə də vardı, ortaya çıxmağa məqam, imkan yox idi, bu haqda da fikir bildirmək istəmirəm; ona görə ki, əlavə diskussiyaların yaranmasına vəsilə olmaq niyyətində deyiləm. Məqsədim odur ki, dünən Böyük Britaniyanın paytaxtında ifası ilə tarix yazan, Azərbaycan bayrağını gölərə bülənd edən bir istedad sahibindən söz açmaq, onu cəmiməsəm də, amma görünən odur ki, müstəqil Azərbaycan Respublikasının tarixində bu bir ilk idi ki, ona da imza atdıq. İlkdirsə, deməli bizim ora əlimiz çatmırdı. Çatmırdı deyəndə ki, elə bir istedad sahibi olan insanımız yox idi. Bəlkə də vardı, ortaya çıxmağa məqam, imkan yox idi, bu haqda da fikir bildirmək istəmirəm; ona görə ki, əlavə diskussiyaların yaranmasına vəsilə olmaq niyyətində deyiləm. Məqsədim odur ki, dünən Böyük Britaniyanın paytaxtında ifası ilə tarix yazan, Azərbaycan bayrağını gölərə bülənd edən bir istedad sahibindən söz açmaq, onu cəmiyyətimizə tanıtmaq istəyirəm...

“Golden Time Talent”- (“Qızıl İstedad Müsabiqəsi”) beynəlxalq səviyyəli istedad müsabiqəsi/festivalı hər il keçirilir və adətən dünyadan 71 ölkə bu müsabiqədə iştirak edir. Təsviri sənətdənmusiqiyə vəsolo ifalara qədər geniş spekrti əhatə edir.

İştirakçılar, həm həvəskar, həm də peşəkar səviyyədə yaradıcılıq işləri ilə, onlayn seçim mərhələsinə qatılırlar. Yüksək qiymət alanlar London şəhərində keçirilən illik final mərhələsinə dəvət olunurlar.

Finala keçənlər “Annual Awards in London” (“Londonda İllik Mükafat”) mərasimində peşəkar münsiflər tərəfindən qiymətləndirilir. Bu görüşlə həm master-klass imkanları əldə olunur, həm də “British Award Diploma” (“Britaniya Mükafat Diplomu”) diplomları təqdim olunur.

Qalib və yüksək səviyyəli iştirakçılar media diqqəti, sərgilər və gələcək əməkdaşlıq imkanları əldə edirlər...

Haqqında söhbət açdığım istedad sahibi Ayan Əhmədzadədir. Xüsusi istedada malik olan Ayan balamız hələ 8 yaşı olanda- yəni 2021-ci ilin 12 iyununda Moskva şəhərində, Rusiya və Qafqaz üzrə keçirilmiş XV Ümumrusiya istedadlar “Söz və musiqi” Beynəlxalq Müsabiqəsində də piano kateqoriyasında birinci yerə çıxmağı bacarmışdı. O zaman balaca Ayan Şəki Uşaq İncəsənət Məktəbinin 2-ci sinfində təhsil alırdı. Təsəvvür edirsiniz, 2-ci sinif şagirdinin Moskva müsabiqəsində 8 ölkə arasında birinci yerə çıxması nə deməkdir?

Bu gün isə Ayan Əhmədzadə Şəkidəki 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir və Şəki şəhər 3 saylı Musiqi Məktəbinin 6-cı sinfində oxuyur.

Onun London”Qızıl İstedad Müsabiqəsi”ndə əldə etdiyi uğur istedadlar diyarı olan Qədim Şəkinin şanlı tarixində siliməsi mümkün olmayan bir səhifə deməkdir. Onu, əslən Şəkidən olan Vaqif Mustafazadənin və Əzizə Mustafazadənin varisi və davamçısı da adlandıra bilərik. Və kimsə də buna görə bizi qınamaq fikrinə düşməz. Çünki fakt ortadadır; Ayan Əhmədzadə London”Qızıl İstedad Müsabiqəsi”-2025-in qalibidir...

Eşitdiyim qədər Ayan həm də böyük bir istedadlar nəslinin xələfidir. Bu yerdə “ot kökü üstdə bitir” zərb-məsəlini də xatırlatmağı özümə borc bilirəm. Sonda Ayanın qalibiyyətində böyük əziyyəti olmuş müəllimlərinə- Kübra Yusifovaya və Sevinc Cəfərovaya da təşəkkür etməyi özümə borc bilirəm.

Yolun açıqolsun Ayan Əhmədzadə!!!

Şahin Aydəmir

Yazıçı-jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 09 İyun 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri