Icma.az
close
up
RU
Londonda iqtisadi yaxınlaşma: ABŞ Çin görüşü nikbinlik vəd edirmi?

Londonda iqtisadi yaxınlaşma: ABŞ Çin görüşü nikbinlik vəd edirmi?

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 10-da ABŞ və Çin nümayəndə heyətləri Böyük Britaniyanın paytaxtı Londonda ticarət danışıqlarını davam etdirəcək. Görüşlərin əsas məqsədi tərəflər arasında iqtisadi gərginliyi azaltmaq və ticari münasibətləri normallaşdırmaqdır. Lakin danışıqlar uğursuz olacağı təqdirdə bunun Yaxın Şərq, xüsusilə də İranın neft ixracına qarşı yeni sanksiyalarla nəticələnə biləcəyi ehtimal olunur. Bu isə öz növbəsində qlobal enerji bazarında qiymətlərin artmasına səbəb ola bilər.


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, danışıqların məhz Londonda keçirilməsi təsadüfi deyil və bu, Qərbin Çinlə münasibətlərində yeni bir mərhələnin başlanğıcına işarədir:


“Bilirik ki, bu günlərdə mühüm danışıqlar Londonda keçirilir. Məsələ ondadır ki, artıq illərdir müxtəlif ekspertlər tərəfindən irəli sürülən bir ideya mövcuddur: Britaniya faktiki olaraq Çinlə qeyri-rəsmi müttəfiqdir. Bu, bir qədər paradoksal görünə bilər. Axı Britaniya rəsmi şəkildə NATO üzvü və kapitalist bir ölkədir, Çin isə kommunist ideologiyaya əsaslanan bir dövlətdir. Ancaq bu fərqliliklərə baxmayaraq, real siyasi və iqtisadi münasibətlər başqa cür formalaşır”.


Politoloq qeyd edib ki, geosiyasi səhnədə yeni tərəfdaşlıq zənciri formalaşır:


“Bugünkü dünya siyasətində artıq üçlü, hətta dördlü bir tərəfdaşlıqdan söz gedə bilər: Qərbdə Britaniya, cənubda Türkiyə, şərqdə Çin və bu sıralamaya Pakistan da əlavə oluna bilər. Azərbaycan isə məhz bu geosiyasi mühitdə fəaliyyət göstərir”.


Ə.Məmmədli Qarabağ müharibəsi dönəmində BP şirkətinin Azərbaycandakı rəhbərinin rəsmi təbrikini xatırladaraq bildirib ki, bu, Britaniyanın Azərbaycana dəstəyinin dolayı göstəricisi idi.


“Amerika rəsmi şəkildə Britaniyanın müttəfiqidir. Digər tərəfdən, Britaniya Çinə qarşı qeyri-rəsmi tərəfdaşlıq münasibətləri qurub. Artıq illərdir ki, Çinlə daha sıx iqtisadi əlaqələr saxlayır və bu münasibətlər bəlkə də ABŞ-dən daha irəlidir. Başqa sözlə, görünən tərəf Amerika olsa da, görünməyən, “buzdağının alt hissəsi” Çinlə olan yaxın tərəfdaşlıqdır”.


Ekspertin fikrincə, bu müzakirələrin məhz Londonda keçirilməsi bu qeyri-rəsmi ittifaqın təsdiqi kimi dəyərləndirilə bilər:


“Əgər məqsəd ticarət sülhü və ya qarşılıqlı razılaşma idisə, coğrafi baxımdan daha uyğun olan Yaponiyada, Cənubi Koreyada və ya Kanadada da görüşlər baş tuta bilərdi. Amma görünür, Çin üçün Britaniya daha etibarlı, balanslı və strateji tərəfdaşdır – hətta qeyri-rəsmi olsa belə”.


Danışıqların nəticələri ilə bağlı politoloq nikbindir:


“Düşünürəm ki, bu danışıqlar sülhlə nəticələnəcək. Amerika artıq Çinə qarşı ticarət müharibəsini rəsmi şəkildə elan etmişdi. Son aylarda hər iki tərəf müəyyən güzəştlərə gedib və tariflərdə endirimlər tətbiq edilib. Bu, onu göstərir ki, hər iki tərəf üçün qarşılıqlı iqtisadi sabitlik və əməkdaşlıq vacibdir”.


Bəs, Azərbaycan necə təsirlənə bilər?


Politoq Azərbaycanın mövqeyinə də toxunaraq bildirib ki, ölkəmizin dünya ticarətində payı nisbətən az olsa da, neft bazarındakı dəyişikliklərə qarşı həssasdır:


“Azərbaycan balaca ölkədir, amma Qarabağ müharibəsindən sonra regional və qlobal nüfuzu artıb. Azərbaycanın dünya ticarətində payı az olsa da, siyasi çəkisi artan bir ölkəyə çevrilib. Bu səbəbdən, qlobal iqtisadi proseslərin Azərbaycana birbaşa təsiri böyük olmasa da, dolayı təsirləri mümkündür. Məsələn, neft bazarındakı dəyişikliklər Azərbaycan iqtisadiyyatına təsir edə bilər”.


Bununla belə, ekspert əlavə edib ki, əgər ABŞ-Çin münasibətləri daha da kəskinləşərsə və sanksiyalar genişlənərsə, bunun enerji qiymətlərinə ciddi təsiri olacaq:


“Əgər ABŞ və Çin arasında sanksiyalar və ticari münaqişələr yenidən alovlanarsa, bu, qlobal iqtisadiyyata, xüsusən də enerji bazarına təsir göstərə bilər. Belə halda Azərbaycan da müəyyən təsirlərlə üzləşə bilər. Amma əsas zərbə dünya iqtisadiyyatında əsas pay sahiblərinə dəyəcək”.


Sonda ekspert vurğulayıb ki, zəngin ölkələrin iqtisadi stabilliyi həm də kasıb ölkələrin marağındadır:


“Kasıb ölkələr də maraqlıdır ki, zəngin ölkələr iflasa uğramasın, çünki onların sabitliyi ümumi iqtisadi “hovuz” üçün də vacibdir. Kasıb ölkələr bu hovuzda öz balaca paylarını qorumağa çalışırlar”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri