Los Ancelesdəki matçöncəsi gərginlik: İran yığması FIFA ya şikayət edəcək
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran Futbol Federasiyası dünya çempionatı zamanı milli komandanı qeyri-bərabər vəziyyətə salan səyahət məhdudiyyətləri ilə əlaqədar Beynəlxalq Futbol Federasiyasına (FIFA) rəsmi şikayət ünvanlamaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə idman jurnalisti Ceyms Daker "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, iyunun 21-də Belçika millisi ilə qarşılaşacaq İran yığmasının Los-Ancelesə gedişinə məhdudiyyət qoyulub. Belə ki, komandaya tələb etdiyi kimi matçdan iki gün öncə deyil, cəmi bir gün əvvəl şəhərə gəlməyə icazə verilib.
"İran Futbol Federasiyası hesab edir ki, bu cür məhdudiyyətlər iştirakçı komandalar üçün bərabər şəraitin təmin edilməsi prinsipinə ziddir və hazırlıq prosesinə mənfi təsir göstərə bilər", - deyə qurumun rəsmi bəyanatında vurğulanır.
Xatırladaq ki, dünya çempionatı ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 19 İyun 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















