Icma.az
close
up
RU
Luis Enrike dünyanın ən az dəyər verilən məşqçisi!

Luis Enrike dünyanın ən az dəyər verilən məşqçisi!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Futbol azarkeşləri arasında “dünyanın ən yaxşı məşqçisi kimdi” mövzsu ətrafında disksussiya gedəndə, adətən, Karlo Ançelotti, Xosep Qvardiola, Yürgen Klopp, Dieqo Simeone və ya Antonio Konte kimi mütəxəssislərin adları hallanır.

Gəlin etiraf edək ki, 10 futbolsevərdən 9-nun tərtib edəcəyi ilk “5-lik”də Luis Enrikenin adına rast gəlinməyəcək. Hərçənd ispaniyalı karyerası və gördüyü işlər ilə bu siyahıda artıq ən azı ilk “5-lik”də olmağa layiqdi. Artıq anladığınız kimi bu yazıda PSJ-ni ikinci mövsümündə əjdahaya çevirən Luis Enrike haqda danışacağıq.
Onun öz yolu olub
Bu mütəxəssislə bağlı ən populyar (və bəlkə də ona layiq olduğu dəyəri verməyə mane olan) fikir belə səslənir: Luis Enrike Qvardiolanın tələbəsidi. Amma bu fikri incələdikdə onda həqiqət payının olmadığını, olsa da, az olduğunu görərik. Düzdü, Qvardiola “Barselona” ilə Avropanı lərzəyə gətirdiyi illərdə Luis Enrike “Barselona B”də işləyirdi. Amma ondan sonra məşqçi kimi onların yolu heç vaxt kəsişməyib. Enrikenin 2008-də, yəni məşqçi karyerasının əvvəllərində qəbul etdiyi çox mühüm bir qərarı bəlkə də çoxları bilmir. Qvardiola onu “Barselona”da köməkçisi kimi işləməyə çağırmışdı. Ancaq Enrike öz yolunu seçərək Kataloniya nəhənginin ikinci komandasını çalışdırmağa üstünlük verdi.
Hər iki mütəxəssis, demək olar, eyni yaşdadı. Qvardiolanın 54, Enrikenin 55 yaşı var. Belədə onlardan birini digərinin müəllimi adlandırmaq çox çətindi. Bəlkə də Qvardiolanın ideyaları Luis Enrikeni ilhamlandırıb. Bunu inkar etmək olmaz. Ancaq belə baxanda hansı məşqçi karyerasının əvvəlində başqalarının ideyalarından bəhrələnməyib ki?! Elə Qvardiola özü də başqa məşqçilərin ideyalarını topladığını və onlara öz intellektini, savadını əlavə edərək ortaya belə bir “futbol kokteyli” çıxardığını həmişə etiraf edib.
Enrike ilə Qvardiolanın futbola baxış tərzinin eyni olmasının başlıca səbəbi hər birinin Yohan Kroyff məktəbi keçməsi ilə bağlıdı. Ancaq Luis artıq futbol dünyasında öz unikal ideyaları olan müstəqil bir fiqurdu! Bu iki məşqçinin müqayisə ediriksə, onların keçdiyi yolun da çox fərqli olduğunu qeyd etməliyik. Enrikeni heç kim dərhal “Barselona”ya çağırmadı. O, aşağılardan pillə-pillə qalxmağa üstünlük verdi.
“Roma” ilə “Selta”da həm yaxşı nəticələr qazandığı, həm də səhvlərə yol verdiyi dönəmlər oldu. Çox güman, məhz bu klublarda qazandığı təcrübə Enrikeyə bəzən Qvardiolada çatışmayan çox mühüm bir keyfiyyəti aşılayıb. O, əlinin altındakı oyunçulara uyğun sistem qurmağı bacarır. Qvardioladan fərqli sisteminə uyğun gəlməyən futbolçuya dərhal qapını göstərmir. Bu cəhətdən Enrike hətta həmkarından öndədi.
Son 10 ildə üç ciddi layihə
2015-ci ildən bəri Luis Enrike 14 titul qazanıb. Bunlardan 9-nu “Barselona”, 5-ni PSJ ilə. Bundan başqa, o, 2015-də həm də dünyanın ən yaxşı məşqçisi seçilmişdi. Bu mütəxəssisin 2019-22-ci illərdə çalışdırdığı İspaniya yığması ilə AÇ-2020-də yarımfinala qədər irəlilədiyini və orda İtaliyaya penalti seriyasında uduzduğunu da qeyd etməyə dəyər. Hər halda, nəhəng turnirdə yarımfinala qədər irəliləmək elə-belə iş deyil. Enrikenin dönəmində İspaniya yığmasının 2021-də Millətlər Liqasında finalda oynadığını da xüsusi vurğulamaq lazımdı. DÇ-2022-nin 1/8 finalında isə İspaniya topa 77 faiz nəzarət etdiyi, 1019 ötürmə verdiyi oyunda Mərakeşə oyunsonrası penalti seriyasında uduzdu.
Bütün bunları elə-belə xatırlatmırıq. Son 10 ildə qəhrəmanımız üç güclü layihə reallaşdırıb! 2015-də trebl qazanmış həmin “Barselona” futbol tarixinin ən güclü hücum “üçlüy”ü – Messi, Suares, Neymarla yaddaşlarda iz buraxdı. Bəlkə də bəziləri onun yığmadakı dönəmini uğursuz adlandıra bilər. Amma Enrikenın İspaniyası topa və oyuna nəzarət kimi amilləri az qala yeni səviyyəyə çatdırdı. Onun PSJ-si isə hücumda “broun hərəkəti”ni xatırladan bir pressinq nəhəngidi. İndi gəlin, xatırlayaq görək, son 10 ildə hansı məşqçi üç top-komanda yarada bilib? Düşünmək üçün 30 saniyəniz var... Həqiqətən də alternativ namizəd tapmaq çətin məsələdi.
Qvardiola bütün bu illər ərzində öz fəaliyyətini “Mançester Siti”də davam etdirib. Ümumilikdə onun məşqçi karyerasında “əfsanə” statusuna uyğun gələn cəmi iki layihəsi var. Onun “Bavariya”sının bu statusa uyğun gəlib-gəlmədiyinə özünüz qərar verin. Simeone ilə Klopp “Atletiko” ilə “Liverpul”a uzun illər xidmət ediblər. Karlo Ançelotti dedikdə yalnız “Real” yada düşür. Tuxel ilə Kontenin də çətin ki bu müddətdə üç möhtəşəm layihəsini saya bilək. Əfsanəvi məşqçiləri yaxşı məşqçilərdən məhz zaman anlayışı ayırır. Enrike uzun illərdi müxtəlif yerlərdə əla işlər görür. Düzdü, son 10 ildə titul sayı baxımından Qvardioladan geri qalır (14:21). Amma PSJ Liqa-1-in ardından ölkə kubokunu və ÇL-i də götürüb trebl qazansa, fərq bir qədər də azalacaq. Üstəlik Enrike Qvardioladan sonra futbol tarixində iki dəfə trebl qazanmış ikinci məşqçi ola bilər. Etiraf edək ki, Enrikeni Qvardiola ilə bu dərəcədə müqayisə etməyimiz onun üçün artıq çox ciddi müsbət məqamdı.
Ötən mövsümlə indiki mövsüm arasında fərq
Çətin mexanizmin ortaya çıxması, formalaşması üçün zaman lazımdı. Qvardiola ilə Klopp da “Siti” və “Liverpul”u dərhal “əjdahaya” çevirməmişdi. Ona görə də Enrikenin Parisdə ilk mövsümünü əsas “ölçü vahidi” saymaq düzgün deyil. Hərçənd parislilər ötən mövsüm Fransa daxilində mümkün olan hər şeyi qazandılar, üstəlik ÇL-də yarımfinala yüksəldilər. Bir məşqçi üçün ilk mövsümdə heç də pis nəticələr deyil. Lap söhbət Fransada hegemonluq edən PSJ-dən getsə belə.
Hərçənd sərgilənən futbol müəyyən suallar doğururdu. Xüsusilə də komanda fürsətlərin qola çevrilməsi baxımından axsayırdı. Məhz bu məqam üzündən PSJ ÇL-in yarımfinalında özündən heç də güclü olmayan Dortmund “Borussiya”sı ilə bacara bilmədi. Amma zaman göstərdi ki, Enrike PSJ-nin yeni səviyyəyə qaldırmaq üçün daha bir mövsümöncəsi hazırlıq dönəminə və heyətin bir qədər güclənməsinə ehtiyac duyurmuş. 2024-ün yayında Paris nəhəngi əsas superulduzunu – Kilian Mbappeni itirdi. İspaniyalı mütəxəssis hər nə qədər ulduzlarla işləməyi bacarsa da, Mbappenin ayrılmasına o qədər də üzülmədi. Əksinə, Mbappesiz Enrike yaradıcılıq baxımından heyətlə daha sərbəst işləməyə başladı.
Mbappe Parisdə az qala Tanrı kimi qəbul olunurdu. Hər kəs onun nazı ilə oynayırdı. Belə “kaprizli” futbolçunun pressinq və müdafiəyə yardım kimi vacib məsələlərdə faydası az olurdu. Amma Mbappedən sonra Enrike belə desək, heyəti əməksevərlərdən qurdu. Hücuma əvvəlcə gənc istedad Dezire Due, sonra da top-klubda oynamağa çoxdan hazır olan Xviça Kvaratsxeliya cəlb olundu. Müdafiə “Ayntraxt”lı Vilyam Paço, yarımmüdafiə “Benfika”lı Joao Neveş ilə gücləndirildi. Bu futbolçuların hər biri onlara bəslənilən ümidləri doğrultmağı bacardı. Məşqçi hücumçulara irəlidə sərbəstlik verdi. Amma müdafiəyə yardım etmək şərti ilə. Cinahlarda Kvaratsexeliya, Barkola və Due istənilən an mövqelərini dəyişə bilir. Dembele isə “yalançı 9 nömrə” mövqeyində superbombardirə və hətta “Qızıl top”a namizədlərdən birinə çevrildi!
Meydanın mərkəzində Neveş, Vitinya və Fabian Ruis çox faydalı oynayır. Ümumi mexanizmin güclənməsi müdafiə xəttini də daha etibarlı edib.
Donnarummanın isə dünya səviyyəli qapıçı olduğu çoxdan bəllidi.
Ötən mövsümlə müqayisədə PSJ ilk növbədə xG (qol gözləntisi) baxımından xeyli artırıb. 2023/24-də bu göstərici 68,8-ə bərabər idisə, hazırda 85-ə bərabərdi. Bundan başqa, “çərçivə”yə zərbə (ötən mövsüm 37,1%, bu mövsüm 42,9%), dəqiq ötürmə (ötən mövsüm 88,3%, bu mövsüm 90%) və yaradıcılıq, yəni “açar ötürmə” (ötən mövsüm 425, bu mövsüm 498) baxımından da komandada irəliləyiş müşahidə olunur. Bütün bunlar, sözsüz, Enrikenin əməyinin nəticəsidi. Futbol nəticə oyunu olduğundan bu PSJ-nin futbol tarixində xüsusi yerə malik olub-olmamasına mövsümün sonundakı oyunlarda aydınlıq gələcək.
Parisliləri bu gün “Reyms”ə qarşı kubokun, mayın 31-də isə “İnter”ə qarşı ÇL-in finalı gözləyir. Amma komanda lap trebl qazana bilməsə belə, mövsümü 100 faiz uğurlu saymaq olar. Çünki PSJ bəlkə də tarixində heç vaxt indiki qədər monolit, güclü və müasir standartlara cavab verən komanda təsiri bağışlamayıb. Çox güman, PSJ trebl qazansa, Luis Enrike də nəhayət, futbol ictimaiyyəti tərəfindən layiq olduğu dəyəri görməyə başlayacaq.
ƏLİ RAUOĞLU hazırladı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:539
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 May 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri