Luka Modriç 64 illik rekordu yenilədi
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasının 3-cü turunda "Bolonya" ilə matçda (1:0) fərqlənərək komandasına 3 xal qazandırmaqla yanaşı, daha bir unikal göstəriciyə imza atıb. Sport24.az Opta portalına istinadən xəbər verir ki, 40 yaşlı xorvatiyalı İtaliya çempionatında qol vuran ən yaşlı futbolçu olub.
Əvvəlki rekord "Milan"ın sabiq yarımmüdafiəçisi Nils Lindholma məxsus idi. O, 1961-ci ildə adını tabloya yazdırmaqla "ən yaşlı qol vuran" adına sahib çıxmışdı.
Qeyd edək ki, Modriç bu yay "Milan"a 1 illik müqavilə bağlayıb.

Luka Modriç İtaliya çempionatının 64 illik rekordunu qırdı
15 Sentyabr 2025 10:16
Xabi Alonsodan Luka Modriç tələbi
19 May 2025 20:19
Luka Modriç Realda tarix yazdı
19 Dekabr 2024 21:17
Luka Modriç rəsmən Milan da
14 İyul 2025 15:54
Luka Modriç Milan ın hədəfində
03 İyun 2025 15:26

