Lukaşenko: ABŞ ilə “böyük sövdələşmə“yə və Trampla şəxsi görüşə hazıram
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belarus ABŞ ilə sanksiyaların ləğv edilməsini, səfirliklərin tam fəaliyyətinin bərpasını ehtiva edə biləcək "böyük sövdələşmə"yə hazırdır.
Moderator.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Vaşinqtonla razılaşmaların perspektivlərindən danışan A.Lukaşenko vurğulayıb ki, Minsk geniş spektrli məsələlərin müzakirəsinə açıqdır: "Biz həm kiçik, həm də böyük sövdələşməyə hazırıq".
Belarus liderinin sözlərinə görə, ABŞ artıq ölkənin bir sıra müəssisələrindən sanksiyaları götürüb və bu prosesi davam etdirməyə hazırdır: Digər mümkün əməkdaşlıq istiqamətləri arasında o, səfirliklərin tam fəaliyyətinin bərpasını, nüvə materialları sahəsində proqramı və Belarusun kalium gübrələrinin alınmasını qeyd edib.
A.Lukaşenko, həmçinin Belarusun Qəzza Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu təsdiqləyib, lakin vurğulayıb ki, bu, formal yox, məzmunlu iştirak olmalıdır.
ABŞ Prezidenti Donald Trampla mümkün görüşə toxunan A.Lukaşenko, bunun Belarus üçün faydalı ola biləcəyini qeyd edib: "Bu, Belarus üçün çox faydalı olardı. Görüşdən sonra nə olacağını anlamaq lazımdır. Görüşdük, salamlaşdıq və ayrıldıq?".
Belarus Prezidenti həmçinin bildirib ki, hazırda kalium gübrələri olan gəmi ABŞ-yə göndərilmək üçün yüklənir. Bununla belə, Minsk hələ ki, böyük həcmdə tədarükü təmin edə bilməyəcək, çünki cari il üçün məhsula artıq digər ölkələrlə müqavilə bağlanıb. Tədarüklərin genişləndirilməsi imkanına gələn il baxılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 11 Sentyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















