Icma.az
close
up
RU
Qaçış zamanı zaman “yavaşlayır” Alimlər səbəbini açıqladı

Qaçış zamanı zaman “yavaşlayır” Alimlər səbəbini açıqladı

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın Texnoloji İnstitutunun alimləri müəyyən ediblər ki, qaçış zamanı insanlar zamanı adi haldan daha yavaş hiss edirlər.

Bu effekt fiziki yüklənmə ilə deyil, hərəkətləri idarə etmək üçün beynin gördüyü zehni işlə bağlıdır. Araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olunub.

BAKU.WS xəbər verir ki, alimlərin sözlərinə görə, insanın zamanı qavraması çox vaxt real vaxt göstəriciləri ilə üst-üstə düşmür və gündəlik həyatda asanlıqla təhrif oluna bilər.

Əvvəlki tədqiqatlar göstərmişdi ki, fiziki fəaliyyət – istər gəzinti, istərsə də velosiped sürmə – hadisələrin uzunluğuna dair hissi dəyişə bilər, lakin bunun bədən reaksiyalarından, yoxsa diqqət yükündən qaynaqlandığı məlum deyildi.

Məhz bu fərqi anlamaq üçün alimlər 22 gənc könüllünün iştirak etdiyi eksperiment keçiriblər. Onlardan iki saniyəlik vizual stimulu yadda saxlamaq və daha sonra fərqli şəraitlərdə təqdim olunan digər stimulun uzunluğunu qiymətləndirmək tələb olunurdu.

Təcrübə dörd mərhələdən ibarət idi:

Ayaqüstə dayanmaq;

Ürək döyüntüsünün təxminən 80%-i intensivlikdə qaçış trenajorunda qaçmaq;

Geri yerimək;

Ayaqüstə vəziyyətdə əlavə vizual yaddaş tapşırığı yerinə yetirmək.

Hər bir mərhələdə iştirakçıların ürək döyüntüləri ölçülürdü ki, fiziki yükün təsiri qiymətləndirilsin.

Nəticələr göstərdi ki, daha çox diqqət tələb edən vəziyyətlərdə iştirakçılar zamanın uzunluğunu artıq qiymətləndirirdilər.

Məsələn, qaçış zamanı 1,8 saniyəlik interval 2 saniyə kimi qəbul edilirdi – yəni zaman təxminən 9% "uzanırdı". Geri yerimə və eyni vaxtda iki tapşırıq yerinə yetirmə zamanı bu fərq təxminən 7% təşkil edirdi.

Ən maraqlısı odur ki, bu effekt ürək döyüntüsündən və fiziki yüklənmədən asılı deyildi. Yəni qaçış zamanı ürək daha çox işləsə də, zaman təhrifinin dərəcəsi dəyişmirdi. Bu, əsas amilin fizioloji deyil, məhz zehni (kognitiv) yüklənmə olduğunu sübut etdi.

Beləliklə, alimlər nəticəyə gəliblər ki, beyin eyni anda həm hərəkəti idarə edir, həm də ətrafı izləyir, bu da zamanın axışını "uzanmış" kimi hiss etməyə səbəb olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 Dekabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri