Lukaşenko bu prezidentləri və Ukrayna xalqını təbrik etdi ADLAR
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko faşizm üzərində Qələbə Günü münasibətilə xarici liderləri təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Prezidenti Vaagn Xaçaturyana, Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə və bu ölkənin ilk prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Rusiya Prezidenti Vladimir Putinə, Tacikistan Prezidenti Emomali Rəhmona, Türkmənistan Prezidenti Sərdar Berdimuhammedova və türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdimuhammedova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Slovakiya Baş naziri Robert Fitsoya, həmçinin Moldova və Ukrayna xalqlarına göndərilib.
“Belarus Prezidenti bildirib ki, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinə müraciət edərək 9 May tarixinin sovet xalqlarının taleyində əbədi olaraq həkk olunduğunu və onilliklər keçsə də, vətən qəhrəmanlarının şücaətinin böyüklüyünün solmadığını vurğulayıb.
Belarus Prezidenti əminliyini ifadə edib ki, müharibə dövrünün ağır sınaqlarından keçmiş xalqların dostluğu bu gün də yaxşı qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün sarsılmaz əsas olaraq qalır”, - Lukaşenkonun mətbuat xidmətinin məlumatında qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 May 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















