Lukaşenkonun Telegram kanalında erotik fotolar paylaşıldı
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin kanalı erotik məzmunlu paylaşımlar etməyə başlayıb, daha sonra isə əlçatmaz olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Ostorojno, novosti" teleqram kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Belarus liderinin mətbuat xidmətinin rəsmi resursu olan "Pul Pervogo" kanalının linkinə daxil olarkən istifadəçilərin qarşısına erotik xarakterli məzmunlar çıxıb.
Kanalın köhnə postlarına keçid etməyə çalışdıqda isə resurs xəta verib və kanalın gizli (şəxsi) statusa keçirildiyi barədə xəbərdarlıq peyda olub.
Sözügedən resursun 250 mindən çox abunəçisi var idi. Kanalın əlçatmaz olmasının dəqiq səbəbləri hələlik məlum deyil.
Bizim.Media
Baxış sayı:138
Bu xəbər 18 Sentyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















