Icma.az
close
up
RU
Lüks avtomobilləri Abramoviçə problem yaratdı Həbs edilə bilər

Lüks avtomobilləri Abramoviçə problem yaratdı Həbs edilə bilər

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Almaniyada 58 yaşlı milyarder Roman Abramoviçlə bağlı araşdırma aparılır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Frankfurt-na-Mayn Prokurorluğu milyarderin sanksiyalardan yayınmasından şübhələnir.

Prokurorluq araşdırmaya başlayıb və biznesmenə məxsus olduğu ehtimal edilən 4 lüks avtomobilin üzərinə həbs qoyulması barədə qərar verib. Söhbət dəyəri bir neçə milyon avro olan "Mercedes CLK GTR", "Lamborghini Reventón" və 2 ədəd "Bugatti Chiron" markalı avtomobillərdən gedir.

Bununla bərabər, Cinayət İşləri üzrə Federal İdarə və Sanksiyaların İcrası üzrə Mərkəzi İdarənin təhqiqatçıları son sahibi Roman Abromoviçin olduğu düşünülən Garmiş-Partenkirxendəki (Bavariya) villalardan birində bir neçə dəfə axtarış aparıblar. Sübut qismində bir neçə sənəd əsəri müsadirə olunub.

Qeyd edək ki, 19-cu əsrin sonlarında tikilən villa Rusiyanın sabiq prezidenti Boris Yeltsinin qızı Tatyana Dyaçenkoya məxsus olub. 2005-ci ildə Garmiş-Partenkirxen meri bildirib ki, Roman Abromoviç öz şirkətlərinin biri üzərindən bu villanı alıb. Hazırda Almaniyada daşınmaz əmlak reyestrində villanın sahibi qismində "Parados Limited" şirkəti yer alıb. Bu firma Lixtenşteyndə qeydiyyatdan keçib.

Milyarderin vəkili isə bəyan edib ki, müvəkkili nə həmin villanın, nə də qeyd olunan avtomobillərin son sahibi deyil.

Əgər təhqiqatçılar daşınmaz əmlak və avtomobillərlə əlaqədar qanun pozuntusunu sübuta yetirərlərsə, Roman Abramoviçi 1 ilə qədər azadlıqdan məhrumetmə, yaxud cərimə gözləyir.

Roman Abramoviç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2022-ci ilin martında Rusiya Prezidenti Vladimir Putinlə uzun müddət sıx əlaqədə olan oliqarx kimi Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyasına məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri