Lüks markanın enerjisi tükənirmi? Porsche gəlirində tarixi çöküş
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın lüks avtomobil istehsalçısı Porsche, 2025-ci ilin ilk doqquz ayında gəlirinin 95,9 faizini itirib.
Avtosfer.az xəbər verir ki, şirkətin hesabatına görə, bu dövrdə mənfəət €114 milyon təşkil edib. Yalnız üçüncü rübdə zərərlər €967 milyon səviyyəsinə çatıb.
Hesabatda bildirilir ki, operasiya mənfəəti də ötən illə müqayisədə 99 faiz azalıb və €40 milyon olub. 2024-cü ilin eyni dövründə Porsche bu göstərici üzrə təxminən €4 milyard qazanmışdı. Satışlar da təxminən 6 faiz azalıb və €26,9 milyard həddində dayanıb.
Mütəxəssislər şirkətin problemlərini strateji kursun kəskin dəyişməsi ilə əlaqələndirirlər. Porsche rəhbərliyi elektromobil seqmentindəki iddialı planlarını geri çəkib, yeni elektrik modellərinin buraxılışını təxirə salıb. Bunun əvəzində investisiyaların bir hissəsi daxili yanma mühərrikli avtomobillərə yönləndiriləcək.
Analitiklər hesab edirlər ki, bu qərar qısamüddətli sabitlik gətirsə də, uzunmüddətli perspektivdə markanın innovasiya imicinə zərbə vura bilər.(DenMedia.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















