Icma.az
close
up
RU
Çöküş başladı: çıxış yolu yoxdur

Çöküş başladı: çıxış yolu yoxdur

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Ölkə sənayesi böyük durğunluğa doğru gedir

ABŞ Prezidenti Donald Trampın elan etdiyi sərt tariflər Rusiyaya təsir etməyib. Buna səbəb hazırda Moskva ilə Vaşinqton arasında ticarət əlaqələri olmamasıdır.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya mətbuatına şərhində belə deyib: “Rusiya məlum səbəblərə görə bu siyahıya daxil edilməyib. Çünki bizim ABŞ-la heç bir maddi ticarətimiz yoxdur. Mahiyyət etibarı ilə hazırda heç bir ticarət və ya iqtisadi əlaqələr yoxdur”.

Onun sözlərinə görə, Rusiya qlobal səhnədəki maliyyə qarışıqlığından da təsirləndiyi üçün Trampın rüsumlar tətbiqinin nəticələrindən heç bir fayda görməyəcək: “Qlobal iqtisadiyyatın bu qərarlara çox emosional reaksiya verdiyini görürük, beynəlxalq bazarlarda yüksək səviyyədə turbulentlik müşahidə edirik. Qlobal iqtisadiyyat hazırda təlatüm içindədir. Biz çox xoşagəlməz proqnozlar eşidirik. Belə bir hücumda iqtisadiyyatımız üçün mənfi nəticələri minimuma endirmək üçün çox diqqətli olmalıyıq”.

Bu arada, Rusiya iqtisadiyyatının daha bir sektoru özünü uçurumun astanasında tapıb: MDB-də kənd təsərrüfatı texnikasının ən böyük istehsalçılarından biri olan "Rostselmaş" satışlarında fəlakətli azalma qeydə alır və işçiləri dördgünlük iş həftəsinə köçürməyə məcbur olur. Rusiyanın bütün taxılyığan avadanlıq bazarının yarıdan çoxunu təmin edən zavod artıq məhsullarını sata bilmir. Rusiya mətbuatı xəbər verir ki, satılmayan kombayn və traktorların yarımillik ehtiyatı anbarlara yığılıb.

"Onillikdə ən pis il": ixracın çöküşü və istehsal uğursuzluğu

Zavodun həmsahibi Konstantin Babkinin sözlərinə görə, 2024-cü il son on ildə ən pis il olub, indiki 2025-ci il isə daha pis başlayıb - satışlar daha üçdə bir azalıb. Eyni zamanda, istehsal həcmi əvvəlki illə müqayisədə 3 dəfə azdır. Zavod artıq Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatlarına (ABŞ) avadanlıq sata bilmir və onun ixracı müharibə başlayandan bəri 12%-dən 8%-ə düşüb. İki il ərzində Avropaya bir dənə də olsun kombayn, traktor satılmayıb.

Dörd günlük iş həftəsi, böhran və ümidsizlik

Aprel ayından etibarən şirkət dörd günlük iş həftəsini tətbiq edir. Səbəb isə artıq anbarları doldurmuş satılmayan məhsulların tələbatının olmaması və ehtiyatıdır. Rəhbərlik açıq şəkildə bildirir ki, hasilatın azalması qaçılmaz olub, bu halda kütləvi ixtisarlara əl atmalı olacaqdılar. Babkin çöküşün səbəbləri arasında taxıla olan ixrac rüsumları, hədsiz yüksək əsas dərəcə, istehsal xərclərinin kəskin artması, dövlət dəstəyinin olmaması və müharibə başlayandan sonra ixrac zəncirlərinin məhv edilməsini qeyd edir.

Bu, müasir Rusiya üçün tipik böhran quruluşudur, burada hökumətin hər yeni “anti-böhran” addımı sənayenin vəziyyətini daha da pisləşdirir. Növbəti sırada kütləvi ixtisarlar və büdcə boşluqları var. “Rostselmaş” zavodu Rostov vilayətinin ən böyük vergi ödəyicilərindən biridir. Onun düşməsi regional iqtisadiyyata zərbədir, o, təcili olaraq büdcədəki boşluqları düzəltməli olacaq.

Oxşar problemlər artıq digər müəssisələrdə də qeydə alınır: “Gloria Jeans” Şaxtı və Novoşaxtinskdəki fabrikləri bağlayır. Voljski Abraziv Zavodu isə ABŞ sanksiyalarından sonra 250 nəfər işçini ixtisar edir.

Rusiya rəsmiləri “iqtisadiyyatın davamlılığından” danışmağa davam edərkən, hər gün daha bir sektorun iflası xəbəri gəlir. Bir vaxtlar Rusiya regionlarının fəxri sayılan kənd təsərrüfatı maşınlarının istehsalı müharibənin təzyiqinə, sanksiyalara və idarəetmədəki xaosa tab gətirə bilməyib gözümüzün qabağında dağılır. Bəli, Ukraynaya qarşı üç il davam edən müharibə nəticəsində Rusiya staqflyasiya vəziyyətinə gəlib - ən xoşagəlməz iqtisadi böhranlardan biri.

Bu barədə məşhur rusiyalı iqtisadçı İqor Lipşits də yazır: “Rosstat”ın rəsmi məlumatlarına görə, 2025-ci ilin fevralında ölkənin sənaye artımı 0,2%-ə yaxın azalıb. Demək olar ki, bütün sektorlarda yavaşlama müşahidə olunur”.

Bu, Rusiya iqtisadiyyatı üçün çox ciddi simptomdur. Mərkəzi Bankın inflyasiyanın qarşısını almaq üçün təyin etdiyi 21%-lik misli görünməmiş yüksək faiz dərəcəsi təkcə ayrı-ayrı müəssisələri deyil, Rusiya sənayesinin bütün sektorlarını məhv edir. Borc üzrə faizlərin ödənilməsi ilə bağlı şirkətlərin gəlirləri üzərindəki yük sürətlə artır və keçən ilin sonunda, 2024-cü ildə, son 8 ilin ən yüksək səviyyəsinə çatıb.

“Maşınqayırma sahəsində vəziyyət xüsusilə çətindir, burada xalis borcun EBITDA nisbəti 6-dır. Tikinti sektorunda bu rəqəm bir qədər aşağıdır – 5.1, kommersiya xidmətləri, ağac emalı, mehmanxana biznesi və ictimai iaşə kimi sahələrdə isə 4-ə çatır. Lakin müharibə prioritet olanda iqtisadçıların xəbərdarlığına kim qulaq asır ki”, - deyə Lipşits vurğulayır.

Və burada əlavə etmək yerinə düşər ki, digər rusiyalı ekspertlər də qeyd edirlər ki, ölkə sənayesi artıq faktiki olaraq durğunluğa doğru gedir: hərbi istehsalın artımı qeyri-hərbi sektorlardakı azalmanı kompensasiya etmək iqtidarında deyil. İxrac çöküb, istehsal dayanıb, fabriklər boşalıb. Bu, müvəqqəti çətinlik deyil - bu, Rusiyanın çıxış yolu olmadığı sistemli böhrandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see431

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see276

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see273

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see271

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see261

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see257

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see256

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see251

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see250

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see249

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see248

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see242

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see226

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see224

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see204

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see200

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see195

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see190

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see176

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri