Lüksemburqla iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunub
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi Veronika Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Elnur Əliyev Azərbaycan və Lüksemburq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında iqtisadi-ticarət, tranzit, turizm, informasiya texnologiyaları, yaşıl enerji sahələrində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə Lüksemburq şirkətlərinin iştirakı, habelə birgə investisiya imkanları qeyd edilib, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə, sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.
Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi xanım Veronika Dokendorf ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















