Icma.az
close
up
RU
Lvovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı FOTO

Lvovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Ukraynanın Lvov şəhərində anım tədbiri keçirilib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, “Lvov Şəhər Koordinasiya və Metodoloji Mərkəzi” Qalisiya Gəncləri Birliyinin təşkilatçılığı ilə “Xocalıda faciəli hadisələr və Ukrayna müharibəsi: dünyanın öyrənmədiyi tarix dərsləri” mövzusunda keçirilən anım tədbirində bu ölkənin müxtəlif vilayətlərindən gələn diaspor nümayəndələri, Lvov ictimaiyyətinin təmsilçiləri, hərbçilər və gənclər qatılıblar.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndikdən sonra Xocalı soyqırımı və Ukrayna müharibəsi barədə videoçarx nümayiş etdirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
O, Konqresin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan "Xocalıya ədalət!" kampaniyasında və bu kimi tədbirlərdə yaxından iştirak etdiyini bildirib. Ş.Məhərrəmov soyqırımının beynəlxalq aləmdə tanıdılmasının vacibliyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, İndoneziya, Kolumbiya, Panama, Paraqvay, Honduras, Əfqanıstan, Qvatemala və Cibuti parlamentlərinin Xocalı qətliamını soyqırımı aktı kimi təsdiqlədiklərini vurğulayıb.
 

“Zamanında beynəlxalq birlik Xocalı soyqırımına ədalətli hüquqi qiymət versəydi, bu cinayəti törədənləri cəzalandırsaydı, sonradan dünyanın bir çox bölgələrində, o cümlədən Ukraynada müharibə ocaqları yaranmazdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Xocalıda artıq yenidənqurma və bərpa işləri həyata keçirilir”, - deyə Şəhriyar Məhərrəmov əlavə edib.


Ukrayna Hərbi Tibbi Klinik Mərkəzinin Qərb Bölgəsi rəisi polkovnik Taras Qren çıxışında Lvovda hərbi məktəbdə bir yerdə təhsil aldığı azərbaycanlı Yunis İsmayılovun Qarabağ hadisələri başlayan kimi müharibəyə getməsindən danışıb.
“Hərbi məktəbdə təhsil almasına baxmayaraq, Yunis İsmayılov təhsilini yarımçıq qoyaraq 1992-ci ildə Qarabağda döyüşmək üçün Azərbaycana getdi. O, böyük qəlbli azərbaycanlı idi”, - deyə Taras Qren bildirib.
Daha sonra Tatar icmasının başçısı Amet Bekir, “Lvov Şəhər Koordinasiya və Metodoloji Mərkəzi” Qalisiya Gəncləri Birliyinin rəhbəri Qalina Makarçuk çıxış edərək bildiriblər:
“Azərbaycan tarixi onu göstərdi ki, zamanında Xocalı soyqırımına hüquqi qiymət verilsəydi, yeni müharibələr olmazdı”.





Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri