Lyayen: “İrana nüvə silahı əldə etməsinə icazə verilməməlidir”
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında ABŞ və İran arasında sazişin əldə olunması istiqamətində qeydə alınan irəliləyişlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Fon der Lyayen regional sabitlik və qlobal təhlükəsizlik üçün sazişin vacibliyini qeyd edərək bu fikirləri bölüşüb:
"Bizə münaqişənin həqiqətən də deeskalasiyasına (səngiməsinə) gətirib çıxaracaq, Hörmüz boğazını yenidən açacaq və gəmilərin tam sərbəst hərəkətinə zəmanət verəcək bir saziş lazımdır. İranın nüvə silahı hazırlamasına heç bir halda icazə verilməməlidir. O, həmçinin istər birbaşa, istərsə də proksi (vəkil) qüvvələri vasitəsilə regiondakı sabitliyi pozan fəaliyyətinə, eləcə də qonşularına qarşı əsassız və təkrar hücumlarına son qoymalıdır".
Avropa Komissiyasının rəhbəri rəsmi Brüsselin beynəlxalq tərəfdaşlarla birgə addım atmağa hazır olduğunu vurğulayıb:
"Avropa bu tarixi məqamdan yararlanmaq və uzunmüddətli diplomatik həll yolu tapmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək. Biz bu münaqişənin genişlənməsinin, xüsusilə də tədarük zəncirlərinə və enerji daşıyıcılarının qiymətlərinə mənfi təsirinin qarşısını almalıyıq".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 May 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















