Lyudek Miklosko vəfat etdi
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin "Vest Hem" klubunun və Çexiya millisinin sabiq qapıçısı Lyudek Miklosko 64 yaşında vəfat edib.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, Çexoslovakiya və Çexiya millisinin sabiq üzvü xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2024-cü ildə müalicəsini dayandırdığını açıqlamışdı.
Miklosko 1990-cı ildə "Banık Ostrava"dan "Vest Hem"ə keçib. London klubunda 8 il çıxış edən qapıçı 373 oyuna çıxıb və ilk mövsümündə komandanın yüksək liqaya yüksəlməsinə kömək edib.
Miklosko 2001-ci ildə futbolçu karyerasını başa vurub. Daha sonra "Vest Hem"də qapıçılar üzrə məşqçi kimi çalışıb.
Miklosko beynəlxalq karyerasında Çexoslovakiya millisində 40, Çexiya yığmasında isə 2 oyun keçirib.
Baxış sayı:108
Bu xəbər 14 Sentyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















