Icma.az
close
up
RU
Maaş, pensiya və müavinət alanlara VACİB XƏBƏR: Çoxdan gözlənilən qərar veriləcək KONKRET

Maaş, pensiya və müavinət alanlara VACİB XƏBƏR: Çoxdan gözlənilən qərar veriləcək KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ödənişlərin sırf iri banklar vasitəsilə verilməsinə son qoyulması nələri dəyişəcək.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, bir neçə gün öncə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə növbəti görüş keçirib. Dörd saata yaxın davam edən görüşdə müzakirə edilən məsələlərdən biri də pensiya ödənilməsi qaydalarında dəyişikliyin edilməsidir. Qeyd edilib ki, artıq bu ödənişlərin sırf iri banklar vasitəsilə verilməsinə son qoyulacaq, vətəndaşlar istədikləri banklardan əməkhaqqı və pensiyalarını ala biləcəklər.

Qeyd edək ki, əməkhaqqı, pensiya və müavinətlər ölkədə əsasən iki bank – Azərbaycan Beynəlxalq Bankı və “KapitalBank” vasitəsilə ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi tenderlərin qalibləri bir qayda olaraq bu banklar olur. Əksər dövlət qurumları da maaş ödənişində onlara üstünlük verirlər.

Ekspertlər bildirirlər ki, seçimdə bu iki banka üstünlük verilməsi onların xüsusilə regionlarda daha çox bankomata sahib olması ilə bağlıdır. Hər iki bank sovet dövründən fəaliyyət göstərir və ölkədə ən çoxsaylı bankomat şəbəkəsinə malikdirlər. İki bankın ölkə üzrə ümumi bankomat sayında payı 70 faizdən yuxarıdır. Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, 2024-cü il ərzində ölkə üzrə quraşdırılan bankomatların sayı 2023-cü illə müqayisədə 6.2 faiz artaraq 3,304 ədədə çatıb. Bu artım Bakı şəhərində 9.3 faiz, regionlarda isə 2.7 faiz təşkil edir. AMB bəyan edir ki, banklar tərəfindən bankomatların quraşdırılması və regionlar üzrə bölgüsünə dair qərarlar onların biznes strategiyaları əsasında formalaşdırılır. Bankomatların quraşdırılması zamanı həmin ərazi üzrə müştəri sayı və tələbatı, zəruri texniki infrastruktur imkanları, davamlı rabitə təminatı kimi məsələlər diqqətə alınır.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci il 1 aprel tarixinə ölkə üzrə bankomat sayı 3374-ə çatıb. Bunun 1806 ədədi Bakı şəhərində, 1568 ədədi regionlardadır. Ötən ilin eyni dövründə ümumi bankomat sayı 3152, o cümlədən Bakıda 1639, regionlarda 1513 olub. Bu isə o deməkdir ki, ölkə üzrə ümumi bankomat sayı 7 faiz artıb. Bu zaman Bakıda artım 10,2 faiz, regionlarda isə cəmi 3,6 faiz təşkil edib. Aprelin 1-də ölkə üzrə bankomatların daha 238 ədədi Abşeron-Xızı iqtisadi rayonunda yerləşib. Qalan iqtisadi regionlardan 4-də bankomat sayı 100-dən aşağıdır. Bunlar Naxçıvan (97), Mil-Muğan (86), Dağlıq Şirvan (57) və Şərqi Zəngəzurdur(15).

Göründüyü kimi, bankomat sayı artsa da, regionlarda olan bu qurğuların sayındakı artım ölkə üzrə orta dinamikadan əhəmiyyətli dərəcədə geri qalır. Bir rayonda ən yaxşı halda 7-8 bankomat olur ki, onlar da əsasən rayon mərkəzlərində quraşdırılır. Buna görə də dövlət qurumlarında əməkhaqları, yaxud pensiya və müavinətlər ödənilərkən regionlarda ABB və “KapitalBank” bankomatlarının qarşısında uzun növbələr yaranır. Digər bankların bankomatlarının rayonlar üzrə əhatəliliyinin az olması regionlarda digər ödənişlərin də iki bank üzərində cəmləşməsinə səbəb olur. Əksər ekspertlərə görə, bu disbalansın qarşısını almaq üçün ilk növbədə digər banklara da dövlət ödənişlərinə giriş imkanı verilməlidir. Bu zaman bir bankın bütün regionları əhatə etməsi prinsipindən qaçılmalı, hansı regionda hansı bankın bankomatı çoxdursa, ora üzrə ödənişlərin onların vasitəsilə reallaşdırılmasına keçilməlidir. Bildirilir ki, bu, tədricən sağlam rəqabət mühiti formalaşdıracaq, banklar daha çox regionda bankomat qurmaqla daha böyük məbləğdə dövlət sifarişi alacaqlarına əmin olmaqla, bankomat şəbəkələrini sürətlə genişləndirəcək. Bu isə regionlarda bankomat sayının sürətli artımını təmin etməklə vətəndaşların müəyyən günlərdə 1-2 bankomat qarşısında uzun-uzadı növbələrdə qalmasının qarşısını alacaq.

Onu da qeyd edək ki, Azərbaycanın bank sektorunda təmərküzləşmə yüksək həddə çatıb. Məsələn, bu il yanvarın 1-nə 53 milyard manat təşkil edən bank aktivlərinin 26 faizi ABB-də (13,6 milyard manat), 21 faizi “KapitalBank”da (11,4 milyard manat), 16 faizi “PaşaBank”da (8,2 milyard manat), 6 faizi “XalqBank”da (3 milyard manat) cəmləşib.

Bu ilin birinci rübünün sonuna ölkə üzrə 37,2 milyard manat olan depozitlərin 10,2 milyard manatı ABB-də, 9 milyard manatı “KapitalBank”da, 6,3 milyard manatı “PaşaBank”da, 1,8 milyard manatı “XalqBank”da, 1,4 milyard manatı “AzərTürkBank”da cəmləşib.

Həmin dövrdə bankların kredit portfelinin həcmi 27,9 milyard manat təşkil edib. Bu zaman ABB 6 milyard 468 milyon manatla ən yüksək nəticə göstərən bank olub. İkinci ən yüksək nəticə “KapitalBank”da (5 milyard 338 milyon manat), üçüncü ən yüksək nəticə isə “PaşaBank”da (3 milyard 285 milyon), dördüncü “XalqBank”da (1 milyard 838 milyon manat), 5-ci “RespublikaBank”da (1,5 milyard manat) qeydə alınıb.

Maraqlıdır ki, aprel ayında dövlət büdcəsinin qalığı hesabına ölkə banklarında qısamüddətli depozitlər yerləşdirən Maliyyə Nazirliyi də sistem əhəmiyyətli hesab olunan ilk 5 banka üstünlük verib. Onun iki dəfəyə yerləşdirdiyi 1,5 milyard manatlıq depozitlər həmin banklara həvalə edilib. Ekspertlərə görə, bu cür addımlar bank sektorunda təmərküzləşməni daha da dərinləşdirir, digər bankların inkişaf imkanlarını məhdudlaşdırır.

Banklarla bağlı digər məsələ maaş, pensiya və müavinətlərdən əlavə, digər dövlət qurumlarına bağlı ödənişlərin də əsasən iki bankda cəmləşməsidir. Bura cərimə və sanksiyaların ödənişindən tutmuş, ayrı-ayrı dövlət qurumlarının təqdim etdikləri pullu xidmətlərin dəyərinin ödənişinə qədər çoxsaylı proseslər aiddir.

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, ölkə qanunvericiliyi əməkhaqqı, pensiya və müavinət alan vətəndaşlara istədiyi bankın xidmətindən istifadədə sərbəst seçim nəzərdə tutur: “Mən bu məsələni ilk dəfə 2 il əvvəl Taleh Kazımovla ekspertlərin görüşündə qaldırmışdım. Onda Taleh müəllim demişdi ki, məsələ ilə məşğul olurlar. Dövlət qurumlarının təqdim etdikləri pullu xidmətlərin dəyərinin hansısa bank vasitəsilə ödənilməsi həmin qurumların hesablarının hansı bankda olmasından asılıdır. Yəni Ədliyyə Nazirliyinin hesabı tutalım, ABB-dədirsə, onun təqdim etdiyi notarial xidmətin haqqı da avtomatik o bankla ödənməlidir. Nəinki dövlət qurumları, özəl şirkətlər də bir çox hallarda bir neçə bankı seçir. Dövlət və özəl qurumların bu seçimini anlamaq olur, çünki banklar bu və ya başqa səbəbdən iflas edəndə onlarda olan hesablardakı pullar faktiki olaraq batır. Çünki bank bağlananda ilk növbədə onun qorunan əmanətləri qaytarılır, sonra cari hesablardakı pulların qaytarılmasına baxılır. Burada da ciddi qanun pozuntularına yol verilir ki, nəticədə şirkət və dövlət qurumlarının bank hesablarında qalan vəsaitlər itirilir. Buna görə də hər bir qurum çalışır ki, hesabını etibarlı bankda açsın – elə bankda ki, bağlansa, dövlət onun öhdəliklərini üzərinə götürsün. Doğrudur, seçimin səbəbi nə olsa da, bu da təmərküzləşmədir və burada da tənzimləməyə ehtiyac var. Lakin əsas məsələ əmək haqqı və pensiya ödənişləri ilə bağlıdır. Mərkəzi Bankı ən çox narahat edən bu sahədəki təmərküzləşmədir. Mən dəfələrlə demişəm, əməkhaqqı və pensiya ödənişlərinin hansısa bir banka bağlanması qanunaziddir. Azərbaycan qanunvericiliyinə görə, hər bir şəxsin öz maaş və pensiyasını istədiyi bankdan almaq hüququ var. Lakin reallıqda qanunvericiliyin bu tələbinə əməl olunmur. Belə ki, hansısa bankdan əməkhaqqı və ya pensiya almaq üçün vətəndaşla həmin bank arasında hesab açılması və hesabın idarə olunmasına dair könüllü müqavilə imzalanmalıdır. Bizdə belə müqavilə imzalanmır, sadəcə, vətəndaşa bildirilir ki, sənə bank kartı göndərirəm, maaşını, pensiyanı onunla alacaqsan. Bu isə kobud qanun pozuntusudur”.

Ekspert bildirir ki, dövlət qurumları ilə yanaşı özəl qurumlar da əməkhaqqını bir bankla ödəməklə işçilərin hüququnu pozurlar: “Halbuki vətəndaş maaşını, pensiyasını ona yaxın olan, rahat olan, xidmət keyfiyyətinə inandığı bankdan almaqda sərbəst olmalıdır. Bu gün vətəndaşların bu hüququ pozulur deyə əksər ödənişlər iki bankda cəmləşib. Siz diqqət yetirin, görün, bank kartlarından oğurluq daha çox hansı bankların kartlarında qeydə alınır? Bunun əsas səbəbi odur ki, çoxsaylı müştərilərə xidmət yüklənib 1-2 bankda, nə normal xidmət keyfiyyətini təmin edə bilirlər, nə də təhlükəsizliyi. Bax bu vəziyyətin aradan qaldırılması üçün Mərkəzi Bank lazım olan, qanunvericiliyin tələb etdiyi addımları atmalıdır və atacaq. Bu, həm də kreditlə bağlı yaranan çoxsaylı problemləri aradan qaldıracaq. Belə ki, çox qanunsuz proses gedir: həmin iki bankın məcburi müştərisi olan adamların kredit borcu yarananda banklar məhkəmə qərarı olmadan həmin şəxslərin maaş və pensiyasını borca silir. Özü də bir çox hallarda bütün məbləği. Halbuki qanun bunu qadağan edir. Vətəndaş gedib nə qədər desə də ki, mənim maaşım, pensiyam başqa bankla verilsin, əməl edən olmur. Ümid edirəm ki, Mərkəzi Bankın atacağı addımlar bütün bu qanunsuzluqları aradan qaldırmağa imkan verəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see184

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see147

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see128

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see124

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see124

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see122

"Qarabağ"ın əldən verilən qələbəsi: Qurbanovun səhvi, yoxsa?.. ŞƏRH

11 Dekabr 2025 14:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri