Icma.az
close
up
RU
Maaşdan aliment necə tutulur?

Maaşdan aliment necə tutulur?

Icma.az, Azpost saytına istinadən bildirir.

Son illərdə əməkhaqqından aliment ödəyən vətəndaşların sayı artdığından bu tutulma ilə bağlı suallar da artıb. Sorğular daha çox alimentin hansı gəlirlərdən və əməkhaqqının hansı hissəsi qədər tutulması, eləcə də həmin məbləğin gəlirin hansı hissəsindən hesablanması ilə bağlıdır.

Azpost.info bildirir ki, əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova “vergiler.az” portalı vasitəsilə mövzuya aydınlıq gətirib. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci bəndinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli əməkhaqqının 20 faizindən, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz.

Həmin müddəanın 3-cü bəndində göstərilib ki, bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi zamanı işçiyə verilən əməkhaqqından məbləğlərin tutulmasına şamil edilmir. Belə hallarda tutulmaların məbləği işçiyə verilməli əməkhaqqının 70 faizindən çox ola bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri” təsdiqlənib. Sənədə əsasən, uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əməkhaqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:

– Əməkhaqqına olan bütün növ əlavələrdən;

– İş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də Ümumxalq Hüzn Günündə görülən işə görə verilən əməkhaqqından;

– İşçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən;

– Müvəqqəti əvəzetməyə görə ödəmədən;

– Qanunvericiliklə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda ödənilən haqdan;

– Xidmət illərinə görə işçiyə verilən birdəfəlik mükafatlardan;

– Əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əməkhaqqından;

– İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən.

Aliment işçinin aşağıdakı gəlirlərindən tutulmur:

– Yubiley və bayram günləri, doğum günləri ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);

– Əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;

– Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;

– Ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə verilən ödənişlərdən;

– İşçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;

– Qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;

– Sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;

– Başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;

– İşəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən.

Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarının 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. İlk baxışdan qərarda “vergilər” deyildikdə, yalnız fiziki şəxslərin gəlir vergisinin, yoxsa digər icbari ödənişlərin də nəzərdə tutulub-tutulmadığını anlamaq olmur. Burada “vergilər” dedikdə, şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir.

Misal 1: İşçinin aylıq əməkhaqqı 2.000 manatdır və qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərir. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 25% aliment tutulması barədə qərar qəbul edilib. Bu halda aliment məbləğini hesablayaq.

Nazirlər Kabinetinin adıçəkilən qərarına əsasən, öncə əməkhaqqından gəlir vergisi çıxılmalıdır:

(2.000 – 200) x 3% = 54 manat (gəlir vergisinin məbləği).

Aliment məbləğini tapmaq üçün əməkhaqqından gəlir vergisini çıxıb məhkəmənin təyin etdiyi faiz dərəcəsinə vurmalıyıq:

(2.000 – 54) x 25% = 486.5 manat (aliment məbləği).

İşçiyə çatacaq əməkhaqqını hesablayaq:
2.000 – 486.5 = 1.513,5 manat;
Məcburi dövlət sosial sığorta haqqı: 6 + (1.513,5 – 200) x 10% = 137.35 manat;
İşsizlikdən sığorta haqqı: 1.513,5 x 0,5% = 7.57 manat;
İcbari tibbi sığorta haqqı: 1.513,5 x 2 % = 30.27 manat.

İşçiyə çatacaq əməkhaqqı:
2.000 – (54 + 486.5 + 137.35 + 7.57 + 30.27) = 1.284,31 manat.

Misal 2: Dövlət sektorunda fəaliyyət göstərən işçinin aylıq vəzifə maaşı 1.500 manatdır. Yanvar ayında bayram günü işə cəlb edilməsinə görə ona 100 manat, həmçinin ad günü münasibətilə 200 manat əlavə ödəniş edilib. Beləliklə, ay ərzində işçinin ümumi əməkhaqqı məbləği 1.800 manat təşkil edib. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 20% aliment tutulması barədə qərar qəbul edilib. Bu halda, aliment məbləği hesablanarkən işçinin bayram günü işə cəlb edilməsinə görə aldığı 100 manat nəzərə alınacaq, ad günü münasibətilə verilən 200 manat ödəniş isə nəzərə alınmayacaq:

1.500 + 100 = 1.600 manat;
(1.600 – 200) x 14% = 196 manat (gəlir vergisinin məbləği);
(1.600 – 196) x 20% = 280.8 manat (aliment məbləği).

İşçiyə çatacaq əməkhaqqını hesablayaq:
1.800 – 280.8 = 1519,2 manat.

Məcburi dövlət sosial sığorta haqqı: 1.519,2 x 3% = 45.58 manat;
İşsizlikdən sığorta haqqı: 1.519,2 x 0,5% = 7.60 manat;
İcbari tibbi sığorta haqqı: 1.519,2 x 2 % = 30.38 manat;

İşçiyə çatacaq əməkhaqqı:
1.800 – (280.8 + 45.58 + 7.60 + 30.38) = 1.435,64 manat.

Mövzu ilə bağlı rəsmi mövqeyi də öyrəndik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır: “Burada “vergilər” dedikdə, şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. Buna əsasən, alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur. Hesablamalar Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına əsaslanır”, – deyə açıqlamada vurğulanıb.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Fevral 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri