Maaşını ala bilməyən azərbaycanlı müdirini girov götürmək istədi Plan uğursuz oldu
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyada maaşını ala bilmədiyini iddia edən azərbaycanlı işəgötürənini girov götürmək istəyib. Lakin, plan baş tutmayıb və onun əlaltısı səhv şəxsi qaçırıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Vuppertal şəhərində baş verib.
“RTL West”in məlumatına görə, 44 yaşlı Azərbaycan vətəndaşı maaşını ala bilmədiyi üçün müdirini girov götürmək qərarına gəlib. O, bunun üçün 35 yaşlı həmyerlisindən kömək istəyib. Lakin, planlaşdırılan şəxsin əvəzinə başqa bir kişi qaçırılıb. 35 yaşlı şəxs həmin şəxsi bıçaqla hədələyərək avtomobilə mindirib.
Qaçırılan şəxs avtomobildə aparılarkən cinayətkarlar yolüstü dayanıb. Bundan istifadə edən kişi avtomobildən qaçmağa nail olub. Hadisə zamanı o, yüngül xəsarətlər alıb.
Hadisə ilə bağlı 44 və 35 yaşlı Azərbaycan vətəndaşları Vuppertal Regional Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə hər iki şəxsi təhlükəli bədən xəsarəti yetirmə və qanunsuz azadlıqdan məhrumetmə ittihamları üzrə təqsirli bilib.
44 yaşlı şəxs 1 il 7 ay, 35 yaşlı şəxs isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:Maaşını ala bilməyən işçi müdirini ÖLDÜRDÜ
10 İyun 2025 17:01
Azərbaycanlı maaşını verməyən müdirini qaçırmaq istədi Planı düz işləmədi Video
31 Avqust 2026 12:06
Azərbaycanda maaşını ala bilməyən fəhlə həbs olundu
01 Noyabr 2025 20:46
Maaşını ala bilməyən işçi “Kral Təbabət”i məhkəməyə verdi
27 Yanvar 2025 12:18
Maaşını ala bilməyən işçi “Avrora” MMC ni məhkəməyə verdi
23 Yanvar 2025 11:53
Baxış sayı:84
Bu xəbər 31 Avqust 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















