Icma.az
close
up
RU
Maaşlar niyə gec verilir? KÜNCDƏN BAXIŞ

Maaşlar niyə gec verilir? KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elçin Bayramlı

Son vaxtlar müzakirə olunan və şikayət edilən vacib məsələlərdən biri də müxtəlif müəssisələrdə, idarələrdə çalışan işçilərin maaşlarının gecikdirilməsi və hər ay fərqli vaxtlarda ödənilməsidir. Məsələn, işçi maaşını bu dəfə ayın 3-ü alır, növbəti dəfə 5-i alır, o biri ay 10-u alır. Bu vəziyyət bir çox işçilər üçün ciddi problem yaradır. Çünki insanlar xərclərini hesablayır, çoxunun kreditləri var. Məsələn, düşünür ki, mən hər ayın 5-nə qədər maaş alıram, kredit götürür, krediti də 5-nə qədər ödəməlidir. Maaş gec veriləndə işçinin kredit ödəməsi də gecikir və cərimə yazılır.

Bütün müəssisələrdə eyni vaxtda maaşın verilməsi, əslində prinsipcə mümkündür, amma praktikada bu, bir az çətindir. Şərt deyil ki, bütün ölkə bir gündə maaş alsın, bu, heç nəyi dəyişmir. Sadəcə burada müəyyən bir maksimal müddət qoyula bilər ki, məsələn, ay başa çatdıqdan 3 gün ərzində maaş ödənməlidir. Hansısa müəssisə 1 gün ərzində verə bilər, hansısa 2gün ərzində verə bilər, hansısa 3 gün ərzində verə bilər. Lakin 7 gün, 10 gün gecikmələr insanlar üçün problem yaradır.

Burada başqa məsələlər də var, özəl müəssisələrlə dövlət müəssisələrinin fərqləri var, maliyyə hesabları var, bank əməliyyatlərı var, bəzən 1-2 gün üzrlü səbəbdən o yan-bu yan ola bilər, amma bu 3 gündən artıq olmamalıdır.

Ay bitən kimi, növbəti 3 gün ərzində maaşlar ödənməlidir. Əksər insanlar aydan aya maaşı çatdıra bilmir, ayın axırına yaxın maaşı qutarır və çətin vəzətdə qalır, ona görə də çalışır ki, maaşı tez alsın. Maaş 5 gün, 10 gün gecikəndə, o daha da çətin vəzətdə düşür. Borca girməli, nisyə mal almalı, kreditlərinə cərimə ödəməli olur.

Ona görə də, maaşların eyni gündə verilməsi ilə bağlı standartlaşma eləmək olar. Ölkə üzrə ümumi qərar verilə bilər ki, məsələn, 3 gün ərzində bütün müəssisələrdə, idarələrdə, istər özəl, istər dövlət sektorunda əmək haqqı ödənilməlidir. Bunun belə olması daha rahat olar insanlar üçün. Hamı standart, həmişə eyni vaxtda maaş alsa, onda bütün xərclərini, kreditlərini və s. buna uyğunlaşdıra bilərlər.

Bəzi şirkətlərdə, müəssisələrdə işləyənlərdən müəyyən məlumatlar gəlir ki, rəhbərlik maaşları, məsəl üçün 10 gün gec verməklə, böyük maliyyə vəsaitlərini banklarda daha çox saxlamaqla müəyyən qədər faizlər əldə edə bilirlər. İl ərzində hər ay tutaq ki, 10 gün gecikməyə ümumi maliyyənin bankda daha çox qalması gündəlik faizlərin gəlməsinə səbəb olur. Kimlərsə bundan gəlir əldə edir. Belə hallar da var və ola bilər. Bu baxımdan, konkret tələb qoyulmalıdır, normativ qoyulmalıdır ki, mütləq 3 gün ərzində maaşlar ödəməlidir. Belə bir tələb qoyulsa, həm narazılıq aradan qalxar, həm qarşılıqlıq olmaz, həm də ki, müəyyən bank maxinasiyaları, dövriyədə pul saxlamaq, faiz əldə eləmək üçün bəzi müəssisə və şirkətlərin bu əməliyyatları baş tutmamış olar.

Hər bir halda işçinin ay başa çatanda maaşını almaq onun hüququdur. Bir çox ölkələrdə həftəlik maaş sistemidir, bitən kimi həftənin maaşını alırlar. Bizdə aylıqdırsa, heç olmasa, ay bitən kimi əməkhaqqı verilməlidir. İndi onsuz da bütün əməliyyatlar elektrondur, bank vasitəsilə köçürmələrlə edilir. Bu halda burada texniki problem olmamalıdır. Mühasibatlıq işi elə qurmalıdır ki, işçilər maaşlarını vaxtında ala bilsinlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri