Icma.az
close
up
RU
Maaşlarla bağlı yenilik AÇIQLAMA

Maaşlarla bağlı yenilik AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını son oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin yaz sessiyasının plenar iclasında müzakirə olunub. Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Bu barədə iqtisadçı ekspert Razi Abasbəyli Demokrat.az-a açıqlama verib. O deyib ki, bu günə qədər minimum əmək haqqı növbəti il üçün büdcə proqnozlaşdırılması çərçivəsində müəyyən edilirdi:
“Artımlar da məhz həmin ilin büdcə göstəricilərinə əsasən hesablanırdı. Bu zaman Maliyyə Nazirliyinin və Mərkəzi Bankın illik inflyasiya proqnozları əsas götürülürdü. Eyni zamanda vətəndaşların istehlak qabiliyyəti müəyyən meyarlar əsasında qiymətləndirilir, buna uyğun olaraq minimum əməkhaqqının baza hissəsində artım və ya dəyişiklik edilirdi. Minimum əmək haqqına ildə bir dəfədən az olmayaraq dəyişiklik edilməsi isə onu göstərir ki, hökumət mövcud şəraitə uyğun olaraq daha çevik qərarlar qəbul edə biləcək. Məsələn, ilin ortasında inflyasiya səviyyəsi dəyişərsə, büdcə gəlirləri artarsa və ya kəskin azalarsa, yaxud xərclərlə bağlı əlavə ehtiyac yaranarsa, minimum əmək haqqının artırılmasına zərurət yarana bilər. Bu halda qanun minimum əmək haqqının artırılmasına və ya dəyişməz saxlanılmasına imkan verəcək. Yəni bu mexanizm hökumətin daha operativ və çevik qərarlar qəbul etməsinə şərait yaradır. Minimum əmək haqqının artırılması isə əsasən inflyasiya səviyyəsindən asılıdır”.
Həmçinin oxu:
'Sən arvad almamışdan öncə kiminsə arvadı idin'
'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'
'Bu il sizi soyacaqlar'
O bildirib ki, əsas istehlak indeksləri üzrə vətəndaşların alıcılıq qabiliyyəti, manatın xarici valyutalara nisbətdə məzənnəsi və digər makroiqtisadi göstəricilər nəzərə alınacaq:
“Həmin dövrün iqtisadi şəraitinə uyğun olaraq minimum əmək haqqının artırılması və ya dəyişməz saxlanılması müzakirə edilə bilər. Bu proses hökumətin təqdim edəcəyi təkliflər əsasında həyata keçiriləcək və nəticə etibarilə Azərbaycan Prezidenti tərəfindən təsdiqlənə bilər. Belə dəyişikliklərin əsasən ilin birinci yarısında baş verməsi mümkündür. Xüsusilə yay aylarında əhalinin iqtisadi fəallığının nisbətən azalması, tətil mövsümü və ticarət münasibətlərində müəyyən durğunluğun yaranması bu zərurəti aktuallaşdıra bilər. Lakin yenə də qeyd etmək lazımdır ki, qərar mövcud iqtisadi şəraitdən asılı olacaq. Minimum əməkhaqqı ya eyni səviyyədə saxlanılacaq, ya da artırılacaq. Bu isə həmin dövrün inflyasiya göstəricilərinə və digər istehlak indekslərinə uyğun şəkildə müəyyən ediləcək”.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Dəyişikliyin ən böyük üstünlüyü gəlirlərin inflyasiyadan qorunmasıdır. Minimum əməkhaqqı təkcə ən aşağı maaş alanları deyil, həm də vahid tarif cədvəli ilə çalışan minlərlə dövlət işçisinin, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin gəlirlərini birbaşa təsir edir. Beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının tövsiyələrinə uyğunlaşdırılan bu mexanizm sosial rifahın qorunmasına xidmət edir. Bundan sonra maaşların taleyi yalnız büdcə müzakirələri zamanı deyil, ilboyu gündəmdə qalacaq. Prosesin necə işləyəcəyi və ilk artımın nə zaman tətbiq olunacağı isə yaxın ayların iqtisadi mənzərəsindən asılı olaraq dəqiqləşəcək.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri