Icma.az
close
up
RU
Macarıstan görüşü türk dövlətləri arasında dostluğun və əməkdaşlığın daha da güclənməsinə xidmət edir

Macarıstan görüşü türk dövlətləri arasında dostluğun və əməkdaşlığın daha da güclənməsinə xidmət edir

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Macarıstanda Türk Dövlətləri Təşkilatının zirvə görüşünün keçirilməsi bu qurum üçün çox vacib bir hadisədir. Bu görüş türk dövlətləri arasında dostluğun və əməkdaşlığın daha da güclənməsinə xidmət edir".
Bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova səsləndirib. O deyib ki, sözügedən təşkilat Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ortaq tarixə, dilə və mədəniyyətə malik ölkələri birləşdirir:
"Bu görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi türk dövlətlərinin rəhbərləri bir araya gəlib vacib məsələləri müzakirə edirlər. Macarıstan tam üzv olmasa da, təşkilatda müşahidəçi ölkədir. Onun bu görüşə ev sahibliyi etməsi göstərir ki, Türk Dövlətləri Təşkilatına maraq artmaqdadır və təşkilat daha da güclənir.
Belə görüşlər ölkələr arasında dostluğu və əməkdaşlığı artırır. Onlar birlikdə iqtisadi, mədəni, təhsil və təhlükəsizlik sahələrində planlar qururlar. Bu da həm xalqların yaxınlaşmasına, həm də hər bir ölkənin inkişafına kömək edir. Bunlara ticarətin artırılması misal ola bilər - hansı ki, ölkələr arasında mal və xidmətlərin rahat şəkildə alış-verişi, gömrük sistemlərinin uyğunlaşdırılmasına kömək edə bilər".
Dürdanə Qaraçova qeyd edib ki, nəqliyyat və enerji layihələri – yeni yolların çəkilməsi, qaz və neft kəmərlərinin qurulması iqtisadi sahədə əlaqələri daha da inkişaf etdirə bilər:
"Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq - ortaq tədbirlərin keçirilməsi, tələbə mübadiləsi proqramlarının hazırlanması da mühüm əhəmiyyət kəsb edir. Bunlardan əlavə təhlükəsizlik sahəsində əməkdaşlıq – bir-birinə dəstək olmaq və ortaq problemlərlə birgə mübarizə aparmaq inkişaf üçün önəmli amillərdən biridir.
Macarıstanda belə bir zirvə görüşünün keçirilməsi, təşkilatın yalnız Orta Asiya və Qafqaz bölgəsində deyil, Avropada da nüfuz qazandığını göstərir. Bu həm də dünyaya bir mesajdır: türk dövlətləri bir-birinə dəstək olur və birlikdə güclənmək istəyirlər".
Dürdanə Qaraçova hesab edir ki, bu görüşlər təşkilatın dünyada daha da tanınmasına və hörmət qazanmasına səbəb olur:
"Gənclər, tələbələr və iş adamları üçün də yeni imkanlar yaranır. Bir sözlə Macarıstanda keçirilən zirvə görüşü Türk Dövlətləri Təşkilatının daha da güclənməsi və türk ölkələrinin birliyinin möhkəmlənməsi üçün mühüm bir addımdır".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 May 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri