Macarıstan öz ərazisindən Qərb qoşunlarının Ukraynaya göndərilməsinə icazə verməyəcək
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstan NATO və ya Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi üçün öz ərazisindən istifadə olunmasına icazə verməyəcək.
APA xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının üzvü və Macarıstanın “Vətənimiz” partiyasının lideri Laslo Toroçkai “İzvestiya”ya verdiyi müsahibədə bildirib.
“Biz NATO və ya Aİ qoşunlarının Ukraynaya göndərilməsi ideyasını tamamilə rədd edirik, çünki bu, Üçüncü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər. Heç bir halda belə bir missiya üçün Macarıstan ərazisinin istifadəsinə razılıq verməyəcəyik,” – deyə siyasətçi vurğulayıb.
Baxış sayı:74
Bu xəbər 22 Aprel 2025 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















