Macarıstan və Polşa AK rəhbərinə qarşı məhkəmə prosesinə qoşulub
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) ölkələrinin mindən çox vətəndaşı pandemiya zamanı COVID-19 peyvəndlərinin mümkün pozuntularına görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı məhkəmə prosesinə qoşulub.
“Report” xəbər verir ki, bunu prosesin təşəbbüskarı, belçikalı fəal Frederik Baldan media nümayəndələri ilə görüşündə deyib.
O, mindən çox iddiaçının olduğunu söyləyib. Fəalın sözlərinə görə, vətəndaşlar arasında qeyri-hökumət təşkilatlarının və peşə birliklərin üzvləri, həmçinin Macarıstan və Polşanın rəsmi nümayəndələri də var.
F.Baldanın sözlərinə görə, təsdiqlənmiş vaksinlərin pandemiyaya qarşı effektiv olması üçün kifayət qədər sınaqdan keçirilmədiyi barədə məlumat var: “Buna baxmayaraq, hökumət sərt məhdudiyyətlər və məcburi peyvənd tətbiq edib. Avropa Komissiyası vətəndaşların hüquqlarını pozub".
Qeyd edək ki, U.Lyayen sınaqları tamamlanmamış COVID-19 peyvəndlərinin alınmasına dair müqavilə bağlamaqda ittiham olunur. Qərar onun Pfizer rəhbəri ilə SMS yazışmasından sonra Aİ ölkələrinin əvvəlcədən razılığı olmadan qəbul edilib. Nəticədə Aİ büdcəsindən 35,8 milyard avro xərclənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Dekabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















