Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Budapeşt, 17 noyabr, AZƏRTAC
Macarıstanda avronun tətbiqi ilə bağlı qiymətlərin kəskin artacağı təşviş doğurmağa davam edir.
AZƏRTAC xəbər verir ki, "Portfolio" nəşrinin təhlilinə əsasən, avroya keçid özlüyündə qiymətlərin dramatik artımına səbəb olmur, uzunmüddətli bahalaşma isə daha çox iqtisadi inkişaf və Avropa İttifaqının (Aİ) daha varlı ölkələrinə yaxınlaşma ilə bağlıdır. Valyutanın dəyişdirilməsi zamanı satıcıların qiymətləri yuxarı yuvarlaqlaşdırması qısamüddətli və məhdud inflyasiya təsiri yarada bilər, lakin bu, davamlı təzyiqə çevrilmir.
Təhlilə görə, Macarıstanda qiymət səviyyəsi artıq Aİ ortalamasının təxminən 78 faizinə çatır. Avroya keçmiş ölkələr arasında yalnız Latviya və Xorvatiya keçidə qədər beş il əvvəl 70 faiz həddini aşmışdı. Bu, Macarıstanın qiymətlərin yaxınlaşması üçün əvvəlki ölkələrə nisbətən daha az imkanı olduğunu göstərir.
Avropa Komissiyasının "Eurobarometr" sorğusuna görə, 2026-cı ildə macarıstanlıların yalnız 25 faizi avronun qiymətləri artıracağını düşünür. Ötən il bu göstərici 37 faiz olub. Polşada isə 71, Çexiyada 67 faiz təşkil edir. Enerji qiymətləri və qlobal şoklar isə inflyasiyaya avroya keçidin birdəfəlik təsirindən daha güclü təsir göstərə bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Baxış sayı:97
Bu xəbər 17 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















