Icma.az
close
up
RU
Macarıstanda əcnəbi işçilərə verilən əməkhaqqı barədə məlumatlar açıqlanıb

Macarıstanda əcnəbi işçilərə verilən əməkhaqqı barədə məlumatlar açıqlanıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Budapeşt, 19 may, AZƏRTAC

Macarıstan üçüncü ölkələrdən gələn əməkçi miqrantlar arasında məşhur ölkədir, çünki burada maaşlar onların öz ölkələrindən qat-qat yüksəkdir. Məsələn, Filippində orta əməkhaqqı Macarıstanda minimum əmək haqqının üçdə iki hissəsinə bərabərdir. Müvafiq olaraq, filippinli miqrant işçilər Macarıstanda aldıqları maaşlar ilə fəxr edirlər, baxmayaraq ki, burada qazandıqları pul digər Avropa İttifaqı ölkələrində olduğundan qat-qat azdır. Bəs miqrant işçilər Macarıstanda nə qədər qazana bilər?

AZƏRTAC xəbər verir ki, Macarıstanda heç bir təhsil tələb etməyən tamştatlı məşğulluq üçün minimum əməkhaqqı təqribən 290,8 min forint (təxminən 721 avro), ən azı orta məktəb diplomu tələb olunan işlərdə isə təxminən 348,8 min forint (təxminən ayda 865 avro) təşkil edir. Bunlar ümumi məbləğlərdir və əvvəllər bildirilmişdi ki, filippinli miqrant işçilər fabriklərdə ayda təxminən 550 avro xalis maaş alırlar ki, bu da ötən il onların öz ölkələrində aldıqları əməkhaqqına nisbətən cəlbedici hesab edilirdi. Macarıstanda orta aylıq əməkhaqqı 661,400 forint (təxminən 1,647 avro), minimum əməkhaqqı isə 560,900 forint (təxminən 1,391 avro) təşkil edir.

Uşaq böyüdən və ya böyük ailəyə malik olan macarlar üçün səxavətli ailə vergi güzəştləri xalis maaşın məbləğini əhəmiyyətli dərəcədə artıra bilər. Bununla belə, hökumətin dəyişiklikləri ilə əlaqədar Serbiya və Ukrayna vətəndaşları istisna olmaqla, üçüncü ölkələrdən gələn qonaq işçilər artıq ailə vergisi müavinəti, ilk nikahda olan gənc cütlüklər üçün müavinət və 25 yaşına çatmamış işçilər üçün vergi güzəşti almaq hüququna malik deyillər. Bu, ailəsi olan macar həmkarları ilə müqayisədə xalis əməkhaqqının 10-15 faiz azalması deməkdir.

Macarıstanda hər kəs 15 faiz gəlir vergisi və 18,5 faiz sosial sığorta haqqı ödəməlidir. Beləliklə, xalis əməkhaqqı ümumi maaşın mənfi 33,5 faizdir. Əgər Ukrayna və ya Serbiyadan deyil, üçüncü ölkədən olan işçi ayda 450 min forint (təxminən 1.116 avro) ümumi əmək haqqı ilə işə götürülərsə, o, məsələn, üç və ya daha çox uşaq böyütsə belə, 299,250 forint (təxminən 744 avro) alacaq.

Yekun olaraq qeyd edək ki, Macarıstanda qonaq işçi eyni vəzifədə olan macar həmkarı ilə eyni ümumi əməkhaqqı almalıdır. Yalnız iş təcrübəsi bu məbləğə təsir edə bilər. Bununla belə, təkcə ukraynalı və serb işçilər vergi güzəştləri almaq hüququna malik olduğundan, macar işçilərin xalis əməkhaqqı bəzi hallarda əhəmiyyətli dərəcədə yüksək ola bilər. Macarıstan hökuməti 2026-cı il yanvarın 1-dən indiki vergi güzəştini iki dəfə artıracaq və bu səbəbdən uşaq böyüdən ailələr üçün fərq daha çox olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri