Icma.az
close
up
RU
Bu işçilərə bayramda ikiqat əməkhaqqı veriləcək RƏSMİ

Bu işçilərə bayramda ikiqat əməkhaqqı veriləcək RƏSMİ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, müəyyən istisnalar mövcuddur. Bu istisnalar fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışan işçilərə şamil edilir. Qarşıdan gələn Novruz və Qurban bayramları da iş günü hesab olunmayan rəsmi bayram günləri siyahısındadır. 

Bəs bayram günləri çalışan işçilərin maaşı necə hesablanır?

Hüquqşünas Ramil Süleymanovun Ajans.az-a verdiyi açıqlamaya görə, Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, qeyri-iş günlərində işə cəlb olunan işçilərə əlavə əməkhaqqı ödənilməlidir. Onun sözlərinə görə, işəgötürənlər bu qaydalara əməl etmədikdə, qanun pozuntusu kimi məsuliyyətə cəlb olunurlar:

"Qeyri-iş günlərində işləyən işçilərə ödənilən əməkhaqqı, onların gündəlik tarif maaşının ən azı iki mislindən aşağı olmamalıdır.

Əgər əməkhaqqı işəmuzd qaydada ödənilirsə, bu halda işəmuzd qiymətlərindən aşağı olmamaq şərtilə əməkhaqqı hesablanmalıdır.

İşçilər aylıq iş vaxtı çərçivəsində artıq iş görüblərsə və ya işə əlavə olaraq cəlb ediliblərsə, onlara maaşlarından əlavə, həmin gün üçün gündəlik maaşlarının ikiqatı həcmində ödəniş edilməlidir".

Ramil Süleymanov vurğulayıb ki, işçilərin maaşları düzgün hesablanmadıqda və ya qanunla müəyyən edilmiş əlavə əməkhaqqı ödənilmədikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən məsuliyyət nəzərdə tutulur:

"İşəgötürən və ya vəzifəli şəxs qeyri-iş günlərində işə cəlb olunan işçilərə əməkhaqqını ikiqat qaydada ödəmədikdə, 700 manatdan 1500 manata qədər inzibati qaydada cərimələnir. İşçilər qeyri-iş günlərində işə çağırıldıqda əməkhaqqının əlavə hesablanmasını tələb edə bilərlər. Əgər əməkhaqqı düzgün ödənilməzsə, bu barədə müvafiq dövlət orqanlarına müraciət edə bilərlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri