Madonna gənc sevgilisi ilə publika qarşısına çıxdı FOTO
Icma.az bildirir, Bakupost portalına istinadən.
Müğənni Madonna nişanlanma xəbərlərindən sonra 28 yaşlı sevgilisi Akim Morris ilə birlikdə görüntülənib.
Bakupost.az xəbər verir ki, bu barədə fotolar "Daily Mail"in saytında dərc olunub.
Paparatsilər 66 yaşlı Madonna və 28 yaşlı Akim Morrisi Nyu-York hava limanında çəkiblər. Sənətçinin sevgilisi onun yanında çamadan və çanta daşıyarkən görüntülənib.

Qeyd edək ki, bu günlərdə Madonna İnstaqramda yeni il şənlikləri zamanı çəkilmiş fotolarını paylaşmışdı. Şəkillərdən birində müğənni sevgilisi Akim Morris ilə poza verirdi. Jurnalistlər məşhurun brilyant qaşlı qızıl üzük taxdığını müşahidə ediblər. Müğənni kameraya üzüyünü göstərir, sevgilisi isə gülümsəyirdi.
Noyabr ayında "Daily Mail" nəşri Madonna və sevgilisi Akim Morris arasında bir neçə aylıq münasibətlərdən sonra ayrılıq olduğunu yazmışdı. Həmin vaxt jurnalistlər müğənninin futbolçunu qısqanclıq və yaş fərqinə görə tərk etdiyini iddia edirdilər. Lakin tezliklə məşhur yenidən idmançı ilə birlikdə şəkillər paylaşmağa başladı.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 08 Yanvar 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















