Icma.az
close
up
RU
Madonnanın kariyerasında rekord : Klipi 1 milyard izləndi VİDEO

Madonnanın kariyerasında rekord : Klipi 1 milyard izləndi VİDEO

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur amerikalı müğənni Madonnanın bir vaxtlar “bütün dövrlərin ən yaxşı klipi” adlandırılan videosu sənətkarın yaradıcılığında yeni musiqi rekordu qazanıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun karyerasının əvvəlində yayımladığı kliplərindən biri "YouTube" platformasında 1 milyard baxış həddini keçib.

Söhbət "La Isla Bonita" mahnısının klipindən gedir. Bu kompozisiya 1986-cı ildə işıq üzü görüb. Mahnı Madonnanın "True Blue" albomuna daxildir və bu albom da ulduzun ən uğurlu musiqi disklərindən biri olub.

Demək olar ki, 40 il sonra bu trek "YouTube"da bir milyard baxış toplayıb. Qeyd etmək lazımdır ki, klip müğənninin rəsmi kanalında 2009-cu ildə paylaşılıb. Yəni bu rekordu əldə etmək üçün videoya 16 il vaxt lazım olub. Hazırda "La Isla Bonita", Madonnanın bu qədər baxış toplamış ilk və yeganə klipidir. Digər məşhur videoları – "Like a Prayer", "Vogue", "Hung Up" və "Material Girl" – yüz milyonlarla baxış toplasa da, hələlik milyardlıq hədəfə çatmayıblar.

Bu rekorda imza atan mahnı Latın Amerikası motivləri, romantika və uydurma San-Pedro adasına dair xəyallarla zəngindir. Klipin rejissoru Meri Lambertdir. Videoda Madonna iki ziddiyyətli obrazda görünür: biri təvazökar katolik qadın, digəri isə ehtiraslı flamenko rəqqasəsidir. Müəllif bu video ilə insanın mənəviyyatı ilə daxili arzuları arasındakı mübarizəni göstərməyə çalışıb.

Klipdə epizodik olaraq gənc Benisio del Toro da görünür – o vaxtlar hələ məşhur aktyor olmamışdı. O, avtomobilin kapotunda oturan yeniyetmə obrazını canlandırıb və bu rola görə cəmi 150 dollar qonorar alıb.

Qeyd edək ki, Madonnanı əsl pop musiqi ikonu hesab edirlər. O, karyerası ərzində milyonlarla disk satıb, onlarla ölkənin musiqi çartlarına rəhbərlik edib və 40 ildir hitləri ilə aktual olaraq qalır.

Xatırladaq ki, daha əvvəl son 10 ilin ən çox satılan diskinin müəllifi olan ulduz açıqlanmışdı. Cəmi üç il ərzində onun albomunun 129 min nüsxəsi satılıb. O, bu göstərici ilə ABBA, Adel və hətta Devid Bouini də geridə qoyub və onun albomu onilliyin ən çox satılan diski olub.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri