Icma.az
close
up
RU
Madriddə “Real”ı büdrədən Vernidub

Madriddə “Real”ı büdrədən Vernidub

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub olacaq. Dünən Premyer Liqada “Sabah”la səfər matçında (0:3) tribunada olan mütəxəssislə müqavilə bu gün rəsmiləşdiriləcək.

Vernidub son olaraq Ukraynada “Krivbas”da işləyib. 2022-ci ilin yayından 2025-ci ilin iyununa qədər burda işləyən mütəxəssis komandanı 96 oyuna çıxarıb. “Krivbas” onun başçılığı altında 42 qələbə qazanıb, 35 dəfə uduzub. Mütəxəssisin komandadakı xal ortalaması 1.51 olub. Vernidublu “Krivbas” 114 qol vurub, 98-ni buraxıb. Vernidubun üstünlük verdiyi sistem 4-2-3-1-dir.

Ukraynalı daha çox Moldovanın “Şerif” klubundakı işi ilə tanınır. Mütəxəssis 2020-ci ilin dekabrından 2022-ci ilin iyuluna qədər Tiraspol klubunu çalışdırıb. Vernidubu dünya futboluna tanıdan əsas məqam Çempionlar Liqasında 2021/22 mövsümündə Madriddə “Real”ı, Moldovada isə “Şaxtyor”u məğlub etməsi olub. “Şerif” həmin dönəmdə ÇL-də 6 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 dəfə uduzub. 7 xal toplayan moldovalılar “İnter”lə duellərdə və bir dəfə “Real”a məğub olub.

“Şerif” Vernidubun ən uğurlu olduğu iş yeridir. Komanda onun rəhbərliyi altında çıxdığı 54 oyunda 41 qələbə qazanıb, 6 dəfə uduzub. Məşqçinin burdakı xal ortalaması 2.41 olub.

Vernidub “Şerif”dən öncə isə Belarusda “Şaxtyor” (Soliqorsk) və “Zorya”da işləyib. “Neftçi” onun məşqçi karyerasındakı 5-ci klub olacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see579

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see460

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see383

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see355

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see252

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see233

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see233

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see232

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see218

Livitt istefa verdi

13 Avqust 2026 00:16see204

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see203

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see199

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see192

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see176

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see175

Tramp Türkiyədən gizli təyyarəyə ilə aparılıb?

11 Avqust 2026 08:26see174

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see169

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see168

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see161

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri