Icma.az
close
up
RU
“Maduro Qəzzafinin taleyi ilə üzləşə bilər”

“Maduro Qəzzafinin taleyi ilə üzləşə bilər”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ ilə Venesuela arasında gərginlik yeni mərhələyə qədəm qoyub. Vaşinqton Venesuela sahillərinə yeddi hərbi gəmi, o cümlədən üç destroyer, bir sualtı qayıq və minlərlə dəniz piyadası göndərib. Rəsmi bəhanə “narkotiklərlə mübarizə” olsa da, müşahidəçilər əsas məqsədin Prezident Nikolas Maduroya təzyiq göstərmək, hətta onu hakimiyyətdən uzaqlaşdırmaq olduğunu bildirirlər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.

Politoloqun sözlərinə görə, Maduro isə ABŞ-nin addımlarını Venesuelanın təbii sərvətlərinə nəzarəti ələ keçirmək və ölkənin müstəqil inkişaf yolunu kəsmək istəyi kimi qiymətləndirir: “O, çıxışlarında Latın Amerikanın müstəqilliyi və birliyi ideyasını simvolizə edən Simon Bolivara istinad edərək Vaşinqtonun əsl niyyətini bu ideyanı sındırmaqda görür. Lakin ekspertlərin fikrincə, Maduro bu ideyanı siyasi legitimlik üçün istifadə edir və Latın Amerikasında real birlik perspektivi möhkəm ideoloji baza tapmadığı üçün utopik görünür”.

T.Rzayev əlavə edib ki, ABŞ-nin “Böyük dəyənək” doktrinasına əsaslanan Latın Amerikası siyasəti yenə gündəmdədir: “Tarix boyu bu regionu öz təsir dairəsində saxlamağa çalışan Vaşinqtonun mövcud addımları da həmin siyasətin davamı kimi qiymətləndirilir. Bununla belə, Latın Amerikanın daxili zəiflikləri də ABŞ müdaxiləsini asanlaşdırır. Mümkündür ki, Vaşinqton ilkin mərhələdə Maduroya təzyiqi artıraraq onun əsas gəlir mənbələrini hədəfə alsın. Bu isə müxalifətin mövqeyini gücləndirə bilər. Ekspertlər ehtimal edirlər ki, Maduro Qəzzafinin taleyi ilə üzləşə bilər və ABŞ-nin mümkün hərbi əməliyyatında Kolumbiya kimi ölkələr Vaşinqtona açıq dəstək verəcək”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri