Maduro və həyat yoldaşı ABŞ dəki həbsxanadan müraciət etdilər
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nyu-Yorkda federal həbsxanada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilk dəfə Venesuela xalqına müraciət edərək onlara dəstək olduqlarına görə təşəkkür ediblər.
Yeniavaz.com xəbər verir ki, onların bəyanatı şənbə günü Maduronun Facebook səhifəsində dərc edilib.
“Məktublarınız və dualarınız bizə çatıb. Hər sevgi sözü, hər qayğı jesti, hər dəstək ifadəsi ruhumuzu qidalandırır və bizi mənəvi cəhətdən gücləndirir”, - deyə bəyanatda bildirilir.
Cütlük həmvətənlərini ölkədə sülhü qorumaq, milli birliyi gücləndirmək, barışıq, bağışlama və birləşmə üçün səy göstərməyə çağırıb:
“Heç kim dialoq, birgəyaşayış və hörmət yolundan yayınmasın, çünki bu, vətən yoludur, xeyirxahlıq yoludur”.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi girov götürüb. Onlar narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriqes Venesuelada dövlət başçısı vəzifəsini icra edir.
Bu mövzuda digər xəbərlər:Maduro həbsxanadan xalqa müraciət etdi
29 Mart 2026 12:31
Maduro həbsxanadan müraciət etdi Arvadımla birlikdə...
11 Yanvar 2026 11:10
Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi FOTO
30 Avqust 2026 18:36
Maduro və həyat yoldaşı saxlanılarkən xəsarət alıblar
07 Yanvar 2026 10:16
Tramp: Maduro və həyat yoldaşı ələ keçirilib
03 Yanvar 2026 13:43
Baxış sayı:162
Bu xəbər 29 Mart 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















