Icma.az
close
up
RU
Mafiya ilə əlaqələri olan rahibə həbs olundu

Mafiya ilə əlaqələri olan rahibə həbs olundu

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın hüquq-mühafizə orqanları Breşiya şəhərində “Ndrangheta” mafiya təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 57 yaşlı rahibə Anna Donellini saxlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun həbsi işdə gözlənilməz dönüş olub, çünki Anna Milanda aktiv xeyriyyə işi ilə tanınıb. Burada yoxsul ərazilərə kömək edib və San Vittore həbsxanasında məhbuslarla işləyib. Bu il o, cəmiyyətə verdiyi töhfəyə görə “Qızıl Panetton” mükafatını alıb.

Müstəntiqlərin fikrincə, rahibənin həbsdə olan mafiya üzvləri ilə onların azad şərikləri arasında vasitəçi olduğu iddia edilir. İki yerli siyasətçi də daxil olmaqla 25 nəfərin saxlanıldığı əməliyyat zamanı polis 1,8 milyon avro ələ keçirib.

Saxlanılanlara qarşı mafioz təşkilatda iştirak, seçicilərə rüşvət vermək, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, sələmçilik, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qondarma maliyyə sxemləri yaratmaqda ittiham irəli sürülüb.

Müstəntiqlər hesab edirlər ki, cinayət şəbəkəsi vergidən yayınmaq üçün ümumi dəyəri 12 milyon avro olan saxta hesab-fakturalardan istifadə edib. Bu əməliyyatlar sahibkarlara mafiozlara komisyon ödənişləri müqabilində öz gəlirlərini aşağı göstərməyə imkan verib.

Kalabriyada yaranan “Ndrangheta” bu gün Avropada və onun hüdudlarından kənarda geniş əlaqələri olan İtaliyanın ən nüfuzlu mafiya təşkilatlarından biridir. Bu qrup ağ yaxalıq cinayətlərində və maliyyə fırıldaqlarında iştirakı ilə tanınır.

Mafiyaya qarşı əməliyyat vüsət almaqda davam edir. Noyabrın əvvəlində İtaliyada 60-a yaxın insanın həbsi ilə nəticələnən reyd keçirilib və bu, “Ndrangheta”nın geniş təsir şəbəkəsini və mütəşəkkil cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının səylərini gücləndirdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri