Mağazada bilmədən məhsul sındırdınsa, pul ödəməlisən? QANUN
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mağazada alış-veriş zamanı təsadüfən məhsul sındırmaq bir çox insanın qarşılaşa biləcəyi hallardandır.
Bəs, belə vəziyyətdə alıcı bilmədən sındırdığı əşyaya görə ödəniş etməlidirmi?
Milli.Az xəbər verir ki, Mülki Məcəllənin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski mülkiyyətçinin (satıcının) üzərinə düşür.
Alıcı mağazada məhsulun təsadüfən (ehtiyatsızlıqdan) sındırılmasına və ya zədələnməsinə görə məsuliyyət daşımır və bu halda ondan məhsulun ödənişi tələb oluna bilməz.
Təsadüfi hallara alıcının hərəkətləri ilə əlaqəli olmayan, digər səbəblərdən yaranan ziyanlar aid edilir. Məsələn, məhsulların düzgün yerləşdirilməməsi, satıcının məhsulların təhlükəsizliyi üçün lazımi şəraiti təmin etməməsi və s.
Lakin əgər mağazadakı məhsul qəsdən sındırılıb və ya zədələnibsə, bu zaman dəymiş zərər ödənilməlidir.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 30 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















