Magistrantlar üçün dərslik: “Materiallarda sürtünmə və tribologiyanın əsasları” AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dərslik Türk Dövlətləri Təşkilatının “Təhsil türk dövlətlərinin gələcəyidir” layihəsi çərçivəsində nəşr edilib
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyası Nəqliyyat mexanikasının kafedra müdiri akademik Əhəd Canəhmədovun və Daşkənd Dövlət Nəqliyyat Universitetinin (Özbəkistan) professoru texnika elmləri doktoru Umida Ziyamuhamədova ilə birlikdə yazdığı “Materiallarda sürtünmə və tribologiyanın əsasları” dərsliyi böyük tirajla nəşr olunub. Dərsliyin ümumi redaktoru Əhəd Canəhmədovdur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Dərslik Türk Dövlətləri Təşkilatının “Təhsil türk dövlətlərinin gələcəyidir” layihəsi çərçivəsində işıq üzü görüb. Dərslik Azərbaycan və Özbəkistan ali texniki təhsil müəssisələrinin magistratura səviyyəsinin tədris planına uyğun yazılıb və nəşr olunub. Hər iki alim tribologiya elmi sahəsində beynəlxalq aləmdə tanınmış alimlərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















