Icma.az
close
up
RU
Magistratura imtahanı Narazalıqlar başladı: Suallar həddindən artıq...

Magistratura imtahanı Narazalıqlar başladı: Suallar həddindən artıq...

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ötən gün – fevralın 16-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 1-ci cəhdi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 21 min 926 bakalavr ərizə təqdim edib.

Sosial şəbəkələrdə imtahanla bağlı fikirlər fərqlidir. İmtahanın asan olduğunu deyənlər olsa da, çoxluq imtahan suallarının çətin yeni tipli tapşırıqların olduğunu qeyd ediblər.

Bəs, həqiqətən də sualların çətinlik səviyyəsi necə idi?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, mütəmadi olaraq, hər il istər birinci, istərsə də ikinci cəhd qəbullardan sonra suallarla tanış olur və müəyyən müqayisələndirmələr, ölçmələr aparır.

Dediyinə görə, bu dəfə də imtahanda iştirak edən bir neçə şəxsdən sual kitabçalarını xahiş edərək, verilən tapşırıqlara nəzər salıb. O, qeydlərini daha sonra sırf bu işdə mütəxəssis sayılacaq şəxslərlə, məntiq, informatika və xarici dil müəllimləri ilə də bölüşdüyünü bildirərək, fikirlərinin demək olar ki, tam şəkildə üst-üstə düşdüyünü nəzərə çatdırıb:

“Başlayaq elə informatikadan. Bu predmet üzrə təqdim olunan tapşırıqlar bu il ötənlərə nisbətən özünün xeyli asan və uyğunluğu ilə seçilirdi. Doğrudur, bu yöndə mütəxəssis olmasam da, ən azından ötən il ikinci cəhd imtahanında salınan informatika sualları ilə xeyli fərq var idi. Üstəlik, bakalavrların hər zaman xüsusi narazılıqla yanaşdıqları məsələ tipli test tapşırıqlarının da sayı, həmçinin çətinlik dərəcəsi bu dəfə daha yumşaq oldu. İnformatika üzrə müəyyən hazırlıq keçmiş hər hansı şəxsin çox asanlıqla 15-20 aralığında doğru cavab yaza biləcəyi test tapşırıqları idi deyə düşünürəm”.

Ekspert ongilis dilinin artıq bir neçə ildir sualların eyni çətinlik səviyyəsi, standart tempdə təqdim olunduğunu qeyd edib. Onun sözlərinə görə, magistr adını qazanmaq istəyən şəxslər üçün ən yaxşı vasitə ingilis dili biliklərini təkmilləşdirməkdir.

E.Nuri onu da vurğulayıb ki, qəbul prosesində başqa xarici dil də ola bilər. Amma tələbələrin böyük əksəriyyəti məhz ingilis dili üzrə seçim etdiyi üçün nümunəni onun üzərindən aparır.

Həmsöhbətimiz artıq test tapşırıqlarının məzmunu əvvəlki illərə nisbətən xeyli fərqli olduğunu söyləyib və izah edib ki, yalnız 3-4 sırf qrammatika bilgisi tələb edən sual təqdim olunur:

“Yerdə qalan suallara doğru cavabın verilməsi üçün isə bakalavrdan yalnız ingilis dili üzrə bilgilər, söz bazasının zənginliyi tələb olunur. Belə olan halda o çox asanlıqla həm dinləmə, həm də oxuyub-anlama, mətn tipli sualları cavablandıra biləcək. Həmçinin, əlavə olaraq, 5 balla qiymətləndirilən esse mərhələsinə qalan tələbə yalnız söz bazasının zənginliyinə güvənə bilər. Odur ki, həm praktiki həyatda istifadə etmək, həm də imtahanda uğur qazanmaqdan ötrü ingilis dili üzrə lüğət fondumuzu genişləndirək”.

Elmin Nuri: Gələcəkdə söz-mətn əsaslı məntiqə yer verilməsi subyektiv istəklərindən biridir

Müsahibimiz məntiqlə bağlı isə fikirlərinin nisbətən fərqli olduğunu bildirib. O, suallarla tanış olduqdan sonra məntiqin bu il ötən il olduğu kimi xüsusi riyazi biliklər tələb edən suallarla xeyli zənginləşdirildiyini düşünür:

“Doğrudur, məntiqlə riyaziyyat bir medalın iki üzü kimi məzmun etibarilə çox yaxın olmalıdır, əksər sualların riyazi təhlil, fəza-müstəvi təsəvvürlü olması da başa düşüləndir. Amma sualın doğru cavabını tapmaq üçün artıq xüsusi riyazi biliklər, düstur əzbərləmələrə getdikcə daha çox ehtiyac yaranır. Verbal, qeyri-verbal, fiqur əsaslı məntiq sualları da təbii ki, kifayət qədərdir. Amma ildən ilə sanki SAT imtahanı imiş kimi riyazi məsələlər üzrə təqdim olunan sualların sayı artmaqdadır”.

Bu il də mətnin məntiqi təhlilinə aid suallar öz limiti çərçivəsində təqdim olundu deyən təhsil tədqiqatçısı gələcəkdə söz-mətn əsaslı məntiqə yer verilməsinin subyektiv istəklərindən biri olduğunu söyləyib:

“Fəza, fiqur, müstəvi, şəkil münasibətləri, şəkil ardıcıllıqları kimi suallar da təbii ki, insan zehninin inkişafına xidmət edir. Amma situasiyalar çərçivəsində daha düzgün variantların həlli üçün mətn tipli sualların sayının 15 olmasını çox istərdim”.

Həmsöhbətimiz sonda qeyd edib ki, nəticələr barədə ikinci cəhd imtahanından sonra danışmaq daha doğru olar:

“Çünki tələbələrin bir çoxu birinci cəhdə bəlkə də “məşq”, hazırlıq mərhələsi kimi baxır. İkinci cəhd imtahanından sonra bu barədə daha dəqiq nəsə demək mümkündür. Hələlik bircə onu demək olar ki, ikinci cəhddən sonra ixtisas seçimi mərhələsində biz güclü rəqabətin şahidi olacağıq”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri