Icma.az
close
up
RU
Süni intellektin musiqiyə təsiri: “İstəsələr, məzələnə bilərlər”

Süni intellektin musiqiyə təsiri: “İstəsələr, məzələnə bilərlər”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar bir çox müğənnilər bəstəkar və aranjimançıların xidmət qiymətlərinin kəskin bahalaşmasından narazılıq edirlər.

Bildirirlər ki, buna görə onlar artıq süni intellekt vasitəsilə mahnı əldə etməyə başlayıblar. Artıq bir çoxları həm bəstəni, həm də aranjimanı məhz süni intellekt vasitəsilə hazırlayır və nəticədən razı qaldıqlarını vurğulayırlar.

Maraqlıdır ki, artıq yalnız musiqinin deyil, ifanın da süni intellekt tərəfindən hazırlandığı nümunələr sürətlə yayılıb.

Cəmiyyətdə belə fikirlər səslənir ki, bəzi mahnıları dinləyən zaman onların süni intellekt tərəfindən oxunduğuna inanmaq demək olar ki, mümkün olmur. Məhz bu mahnılar gün ərzində ən çox dinlənilənlər sırasında yer alır.

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hələlik yaradıcılığında süni intellektdən istifadə etməyib:

“Mənim süni intellektlə əməkdaşlığım olmayıb. Amma ola bilər ki, gələcəkdə bəzi kliplərimdə vizual formada istifadə edim. Mahnıların bahalı olması səbəbi ilə süni intellektə üz tutanlar isə məncə müvəqqətidir. Mən mahnı deyil, sadəcə görüntü hissəsində tətbiqi barədə düşünə bilərəm”.

Elza Seyidcahan bildirib ki, mahnı ifasında və ya bəstələnməsində süni intellektdən istifadəni qəti şəkildə qəbul etmir:

“Mahnıya gəldikdə isə heç vaxt istifadə etmərəm. Çünki süni intellekt Azərbaycan klassik, yəni bəstəkarlıq məktəbinin dərinliyini bizə o dərəcədə verə bilməz. İndi o elə-belə, kimlərsə səthi formada yararlanırsa, onlara mən peşəkar müğənni və bəstəkar deyə bilmərəm. Ona sadəcə məzələnmək deyirlər. İstəsələr, məzələnə bilərlər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri