Icma.az
close
up
RU
“Qoca qurd” ətrafını belə səfərbər edirmiş KONKRET

“Qoca qurd” ətrafını belə səfərbər edirmiş KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər mediada ardıcıl görünən və açıq-aşkar məddahlıq, tərif, ideallaşdırma üzərində qurulan çıxışlar bir daha göstərir ki, Ramiz Mehdiyev heç vaxt siyasi səhnəni tərk etmək barədə düşünməyib. Onun ətrafındakı şəxslərin müsahibələrində müşahidə olunan ritorika təsadüfi deyil: bu, kölgədən idarəetmə təcrübəsinə malik bir fiqurun öz trayektoriyasını formalaşdırması, öz komandasını səfərbər etməsi və hakimiyyət daxilində nüfuz dairəsini bərpa etmək cəhdidir. Müsahibələrin analizi onu deməyə əsas verir ki, bu çıxışlar və “təsadüfi” xatırlatmalar çox da mürəkkəb struktura malik deyil. Məqsəd aydındır: Ənvəroviç öz “xidmətlərini” qabartmaq üçün müsahiblərin dərisini “kamera qarşısında” soyur, dövlətçiliyə “sədaqəti” vurğulanmaqla çirkin məqsədlərini gizlətməyə çalışır, cəmiyyətdə siyasi xadim imicini formalaşdırır, özünü intellektual-ideoloji mərkəz kimi göstərməyə çalışır. Əslində müəyyən mənada öz ətrafında bu niyyətini həyata keçirə bilir. “İdeoloq” öz işinin peşəkarı kimi öz kadrlarını iki istiqamətdə səfərbər edir. Birincisi, “hər zaman hazır olun” prinsipi işə düşür, ikincisi isə Ənvəroviç haqqında “mif yaradın!” forması işlək vəziyyətə gətirilir. Hakimiyyətdə yüksəlməyə çalışan kadrlar ətrafına yenilərini, daha potensiallarını cəlb edir. Bu baxımdan müsahibələrin cəmiyyətdə ironik qarşılanması onun bu planını ifşa etdi. Onun “komanda görüntüsü” artıq hər kəsdə ikrah hissi yaradıb. Mehdiyev haqqında danışan “qəhrəman”lar isə çətin vəziyyətə düşüb, çıxılmaz durumdan uzaqlaşmağa çalışsalar da, alınmır. Kamal Abdulla kimi “ziyalı” rektorun dadına BDU-dakı həmkarı Elçin Babayev çatmağa çalışır. AMEA prezidenti gülünc silueti ilə çinli tələbələrlə görüşür, millət vəkili Azər Əmiraslanov isə “hakimiyyətdə yazılmamış qanunlar” ifadəsi ilə öz “şöhrətini” yaşayır.

Beləliklə, media resursları bu müsahibələri yaymaqla Mehdiyevin siyasi reallıqdan nə qədər uzaq olduğunu bir daha üzə çıxartdı və “Mehdiyev” kolonunu psixoloji boşluğa saldı. Sosial şəbəkələrdə ara-sıra gedən siqnallarda bildirilir ki, o, nüfuzunu gücləndirmək üçün arxiv materiallarını aktivləşdirməyə çalışır. Çünki Mehdiyev uzun illər ərzində topladığı informasiya, arxiv, sənəd və digər istiqamətlərdə mövcud olan bazanın onun ən böyük siyasi kapitalı olduğunu düşünür. İnformasiya portallarında onun oğlu Teymur Mehdiyevin Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevlə görüşü isə həmin müsahibələrin siyasi yükünün nə qədər ciddi olduğunu bir daha nümayiş etdirdi. Mehdiyev məhz bu kadrlarla hakimiyyətdaxili münasibətlərdə təsir mexanizmini gücləndirməyi bacarırdı. Bax beləcə məlum olur ki, rəngi solan keçmiş “kardinal” mühafizə qalxanı kimi Rusiyada oğlunun  iştirakı ilə danışıqlar masasında oturmaqla “X gününə” səssiz hazırlaşırmış. Xalq arasında “Ramzes” kimi də ironik adlandırılan Ənvəroviçin fəaliyyətinin bu qədər sistemli olması təsadüf ola bilməz. O, siyasi proseslərin müəyyən mərhələsində “X günü” adlandırdığı kritik dövrün bütün detallarını hesablamışdı. Müsahibələr bir neçə incə məqama da aydınlıq gətirir. Bunlardan birincisi, o, ictimai rəyin yumşaq şəkildə formalaşdırılmasına nail olduğunu düşünür, özünü yenidən “ağsaqqal siyasi fiqur” kimi təqdim edir. Kadrların mövcudluğu fonunda bütün regionu əhatə edən fiqurları aktivləşdirir. Hakim strukturda loyallığı möhkəmləndirir. Birbaşa siyasi iddia deyil, həm də nüfuz dairəsini genişləndirir. Mehdiyev hakimiyyətə tədricən gəlməyi hədəfləyir, amma ilk növbədə prosesləri kölgədən yönləndirmək üçün optimal şərait yaradır.

Bu arada müsahibələrin cəmiyyətdə ironik və hiddətlə qarşılanmasının əsas səbəbi üzə çıxır. Belə ki, ifrat məddahlıq xətti dövlət anlayışına və əxlaqına ciddi zərbə vurur. Son müsahibələrdə diqqətçəkən məqam məhz bu məddahlığın tonudur. Burada başlıca təhlükə ondan ibarətdir ki, dövlət xidmətinin etikasına uyğun olmayan təriflər, konkret şəxsin kultlaşdırılması tendensiyası, real dövlət funksionerlərinin siyasi loyallıq testinə çəkilməsi prosesi cəmiyyətdə yanlış siyasi kodların formalaşmasını təmin edir. Bu tip ritorika dövlətçilik institutlarını deyil, ayrı-ayrı şəxslərin kölgə ambisiyalarını gücləndirir. Lakin bu bir həqiqətdir ki, bəzi yüksək vəzifəli şəxslərin, rektorların, millət vəkillərinin və tanınmış insanların Mehdiyevlə bağlı gülüncdoğuran çıxışları bütünlüklə mehdiyev komandasının nə qədər bəsit olduğu mesajını verir.

Bu gün cəmiyyətdə hər kəsi bir sual da düşündürür: Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur. Belə olan təqdirdə həmin kadrlar “Biz onunla qarşıdurmada deyilik” mövqeyindən çəkiləcəkmi? Onlar üçün çətin sual olmasa da, cəmiyyət bu sualın cavabını eşitməyə tələsmir. Çünki bu, siyasi nizamı poza bilər, şəxsi münasibətlər şəbəkəsini ayrı istiqamətlərə yönəldər.

Mehdiyevin strateji üslubların biri də elə budur. Millət vəkili Azər Əmiraslanovun təbirincə desək, “o, çox vicdanlıdır, məmurlara sadəliyi tövsiyə edir”. Yəni Mehdiyev sərt görünmək istəmir, yumşaq mübarizə üsulunu seçir. Amma dövlət çox sayıq tərpənir və onun bütün planları alt-üst olur. Xatırladaq ki, onun siyasi üslubu hər zaman bu olub:

Birbaşa iddia irəli sürməmək, arxa planda marionet mexanizmi qurmaq, media və elmi çevrələrdə ideoloji kontur yaratmaq, Vaxtı gələndə isə bu konturu real gücə çevirmək.

Ancaq etiraf edək ki, bu məddahların sayəsində Mehdiyev özünü alternativ ideoloji mərkəz kimi təqdim edə bilmişdi. Müsahibələrdə onun “dövlətçilik konsepsiyası”, “ideoloji irsi” kimi anlayışların qabardılması bu baxımdan təsadüfi deyil. Bu xətt dövlət ideologiyasından kənar paralel bir konseptsiyanın formalaşmasına, hakimiyyət çevrələrində ayırıcı xəttin çəkilməsinə, müəyyən elit qrupların yenidən bölünməsinə xidmət edə bilərdi. Bu da potensial siyasi risklər yaradan amillərdən biridir.

Azərbaycanın bəxti bir də onda gətirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Mehdiyev və onun şəbəkəsi tez ifşa olunaraq darmadağın edildi.

Fadil Paşayev,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see284

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see269

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see252

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see243

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see241

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see211

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see202

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see201

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see191

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see174

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see172

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see168

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see167

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see165

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see161

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see159

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see159

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see156

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see155

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri