Icma.az
close
up
RU
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 avqust, AZƏRTAC

Magistratura təhsili uzun illərdir ali təhsilin mühüm mərhələlərindən biri hesab olunur. Bununla belə, son illər gənclər arasında magistraturaya marağın azalması, bir sıra ixtisaslar üzrə plan yerlərinin boş qalması və əmək bazarında magistr diplomunun nə dərəcədə üstünlük yaratması ilə bağlı müzakirələr daha da intensivləşib. Bəs magistratura təhsili həqiqətən də karyera və iş həyatına təsir edirmi? İşə qəbul zamanı magistr diplomu namizədə üstünlük qazandırır, yoxsa işəgötürənlər daha çox bacarıq və təcrübəyə üstünlük verirlər? AZƏRTAC-ın müxbiri mövzu ilə bağlı təhsil eksperti və insan resursları üzrə mütəxəssisin fikirlərini öyrənib.

Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, magistratura səviyyəsi gənclərin akademik və peşəkar inkişafında mühüm rol oynayır. Magistratura təhsili karyera imkanlarının genişlənməsi və elmi fəaliyyətə başlamaq üçün vacib mərhələdir.

Ekspert bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsində magistratura təhsilinə xüsusi önəm verilir: “Avropa ölkələrində, ABŞ-də, Sinqapurda, Yaponiyada, Koreyada və Çində magistratura təhsilinə böyük əhəmiyyət verilir. Magistratura gələcəkdə elmi fəaliyyət, doktorantura və ali təhsil müəssisələrində akademik karyera üçün əsas mərhələ hesab olunur. Azərbaycanda magistraturaya marağın azalmasının əsas səbəblərindən biri qəbul imtahanının mövcud formatıdır. Dünyanın əksər inkişaf etmiş ölkələrində magistraturaya qəbul vahid imtahan əsasında deyil, bakalavriat səviyyəsində əldə olunan akademik göstəricilər və ixtisas üzrə biliklər nəzərə alınmaqla həyata keçirilir. Bir çox Avropa ölkələrində, ABŞ-də, Kanadada, Rusiyada və Gürcüstanda magistraturaya qəbul üçün vahid imtahan keçirilmir. Əsas meyar bakalavriat üzrə akademik göstəricilər (GPA) və ixtisas biliyidir. Bəzi sahələrdə isə beynəlxalq dil sertifikatları və ya ixtisas imtahanları tələb olunur.

Azərbaycanda da magistraturaya qəbul zamanı namizədlərin ixtisas biliklərinə daha çox üstünlük verilməlidir. Hazırda magistraturaya qəbul imtahanında əsasən məntiq, informatika və xarici dil üzrə suallar təqdim olunur. Halbuki namizəd gələcəkdə hansı ixtisas üzrə elmi fəaliyyət göstərəcəksə, onun bilikləri həmin sahə üzrə də qiymətləndirilməlidir. İmtahan suallarının ən azı yarısının ixtisas fənnini əhatə etməsi daha məqsədəuyğun olardı. Mövcud imtahan modeli xüsusilə humanitar ixtisas məzunlarının magistraturaya marağının azalmasına səbəb olur. Hər il ali təhsil müəssisələrini 50 mindən çox məzun bitirsə də, magistraturaya müraciət edənlərin sayı bundan xeyli aşağıdır və ayrılan plan yerlərinin bir hissəsi boş qalır”.

Ekspert magistratura təhsilinə marağın artırılması üçün yalnız qəbul qaydalarının deyil, əmək bazarında tətbiq olunan mexanizmlərin də təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Magistr dərəcəsinə malik şəxslər üçün həm dövlət, həm də özəl sektorda müəyyən üstünlüklər yaradılmalıdır. Vəzifə yüksəlişi, rəhbər vəzifələrə təyinat və əməkhaqqı məsələlərində magistratura təhsilinin nəzərə alınması gənclərin bu səviyyəyə marağını artıracaq.

Magistratura ali təhsil sistemində elmi-pedaqoji kadr hazırlığının əsas mərhələsidir və bu sahədə islahatların həyata keçirilməsi gələcəkdə ali təhsil müəssisələrinin yüksəkixtisaslı kadrlarla təmin olunmasına töhfə verəcək.

İnsan resursları və biznes konsultantı Rauf Məmmədov isə məsələyə əmək bazarı baxımından yanaşaraq bildirib ki, işə qəbul zamanı əsas meyar namizədin iddia etdiyi vəzifə üzrə tələb olunan kompetensiya və ixtisas göstəricilərinə malik olmasıdır. Onun sözlərinə görə, hər bir peşə və vəzifənin tarif-ixtisas xüsusiyyətləri mövcuddur və bunlar Vahid Tarif-İxtisas Sorğu Kitabçasında öz əksini tapır: “Müvafiq vəzifəyə iddia edən namizəd ilk növbədə həmin sahə üzrə tələb olunan bilik, bacarıq və kvalifikasiyaya sahib olmalıdır. Bakalavriat səviyyəsi namizədə seçdiyi ixtisas üzrə peşə fəaliyyəti üçün zəruri baza qazandırır. Magistratura təhsili müəyyən ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar istiqamətdə daha dərindən öyrənilməsinə xidmət edir və məzunlara elmi fəaliyyət, elmi-pedaqoji iş və peşəkar fəaliyyətlə məşğul olmaq hüququ verir.

Namizədlərin müəyyən iş təcrübəsi qazandıqdan sonra biliklərini dərinləşdirmək və ixtisaslaşmaq məqsədilə magistratura təhsili almaları daha məqsədəuyğundur”.

İnsan resursları üzrə mütəxəssis vurğulayıb ki, işə qəbul zamanı magistr diplomunun üstünlük yaratması çalışılan sahədən və vəzifənin tələblərindən asılıdır. Əgər namizədin müvafiq sahə üzrə bakalavr təhsili varsa, bu, əksər vəzifələr üçün kifayət edir. Bəzi peşələrdə isə ali təhsil dərəcəsindən daha çox praktik bacarıqlar ön plana çıxır. Bu bacarıqlar peşəkar təlimlər, sertifikat proqramları və iş təcrübəsi vasitəsilə formalaşdırıla bilər.

Müxbir-Nərmin Muradzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri