Magistraturaya qəbul imtahanlarında ölkə birincisi: Yüksək bal toplayacağımdan əmin idim
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
16 fevral 2025-cü il tarixində keçirilmiş ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanından (I cəhd) yüksək nəticə göstərən Fidan Namiq qızı Babayeva təhsili kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istəyir.
Bu barədə o Oxu.Az-a açıqlamasında qeyd edib.
F.Babayeva bildirib ki, yüksək nəticə göstərəcəyindən həmişə əmin olub:
"Yüksək nəticə göstərəcəyimi düşünürdüm. Çox çalışırdım, sınaqlarda yaxşı nəticə göstərirdim, qəbul imtahanının özündə də yüksək bal toplayacağımdan əmin idim".
O, imtahanda 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
2020-ci ildə 694 balla Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olan Fidan Babayeva Prezident təqaüdçüsüdür. Hazırda sözügedən universitetin 5-ci kurs tələbəsidir.
O, 2018-2019-cu illərdə Avropa Qızlar riyaziyyat olimpiadasında iştirak edib.
2018-ci ildə yeniyetmələrin Balkan Riyaziyyat olimpiadasında bürünc medal qazanıb.
2019-2020-ci illərdə Respublika fənn olimpiadalarında bürünc və gümüş medala layiq görülüb.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyini qızıl medalla bitirib.
O həm də, "SOCAR"ın Gənc İstedadlar proqramının iştirakçısı olub.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Mart 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















