“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın “Mahan Air” aviaşirkətinin Türkiyə və Omana həyata keçirdiyi bəzi uçuşlar ləğv edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, aviaşirkət bununla bağlı açıqlama yayıb.
“Türkiyənin səlahiyyətli qurumlarının bildirdiyinə görə, aviaşirkətin İrandan İstanbul və Ankaraya, eləcə də əks istiqamətdə həyata keçirdiyi uçuşlar sentyabrın 21-dən etibarən növbəti bildirişədək yerinə yetirilməyəcək”, – açıqlamada bildirilib.
“Mahan Air” həmçinin Omanın səlahiyyətli aviasiya qurumlarının məlumatına əsasən, “Tehran–Maskat” reysinin sabahdan etibarən növbəti bildirişədək ləğv ediləcəyini açıqlayıb.
Qeyd edək ki, İranın digər aviaşirkətləri Türkiyə və Omana uçuşlarını davam etdirir.
Bu mövzuda digər xəbərlər:“Iran Air”in uçuşları bərpa olunur
21 Aprel 2026 15:00
ABŞ İranın “Mahan Air” şrikəti ilə əlaqələrinə görə beş şirkətə sanksiya tətbiq edib
31 İyul 2026 00:07
“Wizz Air”in qiymətləri yüksələcək
23 May 2025 19:21
“Microsoft” “MacBook Air”in analoqunu buraxdı
07 May 2025 18:16
iPhone 17 Air in görüntüsü yayıldı
21 Yanvar 2025 23:56
Baxış sayı:170
Bu xəbər 16 Sentyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















