Mahir 45 dəqiqə şans qazanıb, Nürnberq qələbəyə həsrət qalıb İdman və Biz
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"in Almaniya 2-ci Bundesliqasındakı uğursuz çıxışı davam edir.
İdman.biz xəbər verir ki, onun komandası 16-cı turda "Köln"ə uduzub.
Səfərdə keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Nürnberq"in qələbəsiz oyunlar seriyası 6-ya yüksəlib. Miroslav Klozenin komandası bu görüşlərin 3-də uduzub, 3-də isə xalları yarıya bölüb. Mahir "Köln"lə matçın start heyətində yer alsa da, hesab 0:3 olarkən fasilədə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" 19 xalla 13-cü pillədə yer alıb.
İdman.biz

Mahir Emreli “Nürnberq”dən ayrıldı son dəqiqə
13 Fevral 2025 15:06
Mahir Emreli oynadı, Nürnberq ...
20 Yanvar 2025 03:24
Mahir üçün 45 dəqiqə
12 Yanvar 2025 18:19
Mahir ehtiyatda qalıb, Nürnberq dən çətin qələbə
08 Fevral 2025 19:56
Mahir Nürnberq in əsas heyətindən kənarda qalıb
22 Fevral 2025 19:58

