Icma.az
close
up
RU
Mahir Cavadlının “Hökumə” poeması kitab halında çap edilib

Mahir Cavadlının “Hökumə” poeması kitab halında çap edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş verən faciəli hadisədən bir il keçir. Şair-jurnalist Mahir Cavadlı Rusiya ərazisində silahlı müdaxiləyə məruz qalaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə peşə fəaliyyətini yerinə yetirərkən böyük fədakarlıq göstərərək şəhid olan ekipaj üzvü, stüardessa Hökumə Əliyevaya poema həsr edib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş gənc stüardessaya həsr olunan “Hökumə” poeması kitab halında nəşr edilib.

Müəllif sayca doqquzuncu kitabı olan “Hökumə” poemasının yaranması barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İlk növbədə onu deyim ki, həyatımda iki dəfə oxşar hadisə ilə üzləşmişəm. 2014-cü ildə Moskvanın “Şeremetyevo” hava limanında baş verən texniki nasazlıq nəticəsində təyyarə yalnız 45 dəqiqə sonra üçüncü cəhddə eniş edə bilib. Hər dəfə də yerə dəyib havaya qalxanda onun içərisindəki sərnişinlərin keçirdiyi hissləri ifadə etmək çox çətindir. İkinci dəfə 2016-cı ildə Almaniyanın Drezden şəhərinə uçarkən xoş təsadüf nəticəsində “Düsseldorf” hava limanına salamat enmək mümkün olub. Hər iki halda təyyarənin içərisində yaşananlar, qəza təhlükəsi ilə üz-üzə qalan sərnişinlərin keçirdiyi hisslər gözlərimin qabağındadır. Həmin hadisələri ötənilki qəza ilə müqayisə edəndə hesab edirəm ki, pilotlar, stüardessalar və sərnişinlər çox böyük qəhrəmanlıq nümayiş etdiriblər. Stüardessa Hökumə Əliyevaya həsr olunan poema həmin təəssüratdan qaynaqlanıb.

Poemanı hissə-hissə qələmə almışam və yazdığım hissələri sosial şəbəkədə paylaşaraq müraciət edirdim ki, irad, təklif və fikirləri öyrənə bilim. Yaradıcılıq prosesinin getdiyi həmin vaxtda bəstəkar, Əməkdar incəsənət xadimi Mehriban Əhmədova zəng edərək poemada olan bir parçanı nota çevirmək fikrində olduğunu bildirdi. O, “Son uçuş” mahnısını qələmə aldı və istedadlı müğənni Aynur İsgəndərlinin ifasında həmin mahnı lentə alındı”.

Müsahibimiz daha sonra deyib: “Qəhrəmanlar haqqında yazmaq heç də asan deyil. Yeri gəlmişkən deyim ki, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, kəşfiyyatçı polkovnik-leytenant Riad Əhmədov haqqında “Riad” poeması yazmışam. 2011-ci ildə işıq üzü görən həmin poema əsasında Azərbaycan radiosunda radio-pyes hazırlanaraq səsləndilirib. “Hökumə” poemasının necə qarşılanacağı, oxucuların ona necə reaksiya verəcəyini demək çətindir. Ancaq mən qələm adamı, bir vətəndaş olaraq hadisəyə həmin heyətin üzvlərindən olan Hökumə Əliyevanın timsalında qiymət verməyə, öz münasibətimi bildirməyə çalışmış, yazdığım poemanı isə oxucuların mühakiməsinə vermişəm. İndi söz onlarındır...”

Qeyd edək ki, kitabın “Ön söz”ünün müəllifi Əməkdar jurnalist Zemfira Məhərrəmli, redaktoru Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri