Mahir Emreli: Ölkədən bu niyyətlə çıxmışam
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib.
O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:
"Bir çox insanlar məni görməzdən gəliblər. Şikayət etmirəm. Çalışmağa üstünlük verdim".
Emreli insanların ondan gözləntilərinin çox olduğunu söyləyib: "Özümə bu cür motivasiya verməyə çalışıram".
O, gələcək karyerası ilə bağlı danışıb: "Hansı komandada çıxış edəcəyim bəlli deyil. Özüm də gözləyirəm. Agentlər nə istədilərsə, etdim. Onlardan xəbər gözləyirəm. Ümid edirəm ki, qarşıdakı həftələrdə biləcəyəm".
Forvard Bundesliqada çıxış etmək ehtimalı barədə danışıb: "Hansı doğru olsa, onu seçəcəyəm. Avropanın top 5 liqalarında oynamaq arzumdur. Ölkədən bu niyyətlə çıxmışam. Amma gözləməliyik".
Baxış sayı:110
Bu xəbər 28 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















