Mahir Məmmədov Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası öncəsi görüş keçirib.
AŞF-dən 525.az-a verilən məlumata görə, görüş ölkəmizi sözügedən beynəlxalq yarışda təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə baş tutub.
Yığıncaqda çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Federasiya rəhbəri Azərbaycan şahmatının zəngin ənənələrə malik olduğunu xatırladaraq, hər iki komandanın Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.
Qeyd edək ki, bu gün qadınlardan ibarət milli komanda son təlim-məşq toplanışında iştirak etmək üçün İsmayıllı rayonunun Basqal kəndinə yollanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 05 Sentyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















