46 cı Ümumdünya Şahmat Olimpiadası start götürür FOTO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə 46-cı Ümumdünya Şahmat Olimpiadası başlayır.
İdman.Biz xəbər verir ki, kişilərdən ibarət milliyə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli dəvət olunub.
Qadın komandasının heyətində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədov çıxış edəcək.
Mötəbər yarışın birinci turunda püşkə əsasən kişilərdən ibarət Azərbaycan milli komandası Mərakeşlə, qadınlardan ibarət yığmamız isə Qvatemala şahmatçılarıyla mübarizə aparacaq. İlk turda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət edəcək.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 16 Sentyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















