Mahirdən növbəti uğur: karyerası ərzində ikinci dəfə.. davam, Emreli!
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mahir Emreli “Nürnberq”dəki uğurlu çıxışını davam etdirir.
“Football-plus.az” xatırladır ki, həmyerlimiz Almaniyanın 2-ci bundesliqasında meydana çıxdığı son iki matçda 3 qol vurmaqla diqqət mərkəzinə düşüb. O, 29-cu turda “Kayzerslautern”lə səfər matçında fərqlənibsə, “Paderborn”u qəbul etdikləri oyunda dubl müəllifi olub.
Nəticədə Mahir legioner həyatı yaşadığı dövrdə ikinci dəfə bir oyunda iki qol vurub. Belə ki, 27 yaşlı hücumçu daha əvvəl Polşa “Legiya”sının şərəfini qoruduğu dövrdə belə uğura imza atıb. Futbolçu komandasının Avropa Liqasının 2021/22 pley-off mərhələsi çərçivəsində “Slaviya”ya (Çexiya) qarşı ev matçında (2:1) dubl edib. O, bununla səfərdə keçirilən ilk oyunda 2:2 hesabıyla heç-heçə edən komandasının qrup mərhələsinə vəsiqə qazanmasına nail olub.
Xatırladaq ki, Mahir legioner həyatı ərzində “Legiya”, Zaqreb “Dinamo”su (Xorvatiya) və “Konyaspor”da (icarə, Türkiyə) çıxış edib.
KƏNAN BAHADIR
Baxış sayı:82
Bu xəbər 22 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















