Icma.az
close
up
RU
Mahirə Nağıqızına yeni vəzifə verildi

Mahirə Nağıqızına yeni vəzifə verildi

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) xarici əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızına yeni vəzifə verilib. Professor Mahirə Hüseynova BZT Turan Akademiyasının Türk Dünyası Alimə Qadınlar Şurasının sədri seçilmişdir.

3 May Türk Millətçiliyi Günü münasibətilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində əlamətdar bir toplantı keçirilmişdir. BZT Turan Akademiyası tərəfindən təşkil edilən bu önəmli tədbir, Türk dünyasının elmi, mədəni və pedaqoji əməkdaşlığını daha da gücləndirməyi hədəfləmişdir.

Toplantıya Özbəkistanın 15-ə qədər nüfuzlu universitetindən — STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universiteti daxil olmaqla 40-dan çox nümayəndə heyəti qatılmışdır. Türkiyə Cumhuriyyətindən də çoxsaylı elm adamları iştirak edərək bu tədbirə xüsusi önəm qatmışlar.

Toplantı zamanı Özbəkistan Elm və Təhsil Nazirliyinin Məmun Universiteti və Ürgənç Dövlət Pedaqoji Universiteti vasitəsilə irəli sürülən namizədlər arasından, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Türk dünyasının yorulmaz aşiqlərindən biri olan professor Mahirə Hüseynova Türk Dünyası Alimə Qadınlar Şurasının sədri seçilmişdir.

Bu mühüm təyinat yalnız Azərbaycan elmi üçün deyil, bütün Türk dünyası üçün qürurverici bir hadisədir. Professor Mahirə Hüseynovanın illərdir Türk dünyasının elmi-mədəni əməkdaşlığı naminə göstərdiyi səylər bu yeni vəzifə ilə daha da ön plana çıxır.

Hörmətli Mahirə xanımı bu məsuliyyətli və şərəfli vəzifəyə seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona sağlamlıq, uğurlar və bu müqəddəs yolda daim bizimlə birgə addımlamağını arzu edirik!

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri